Milton Qleyzer (; ) — Amerikalı qrafik dizayner, "New York Magazine" jurnalının yaradıcısı, Bob Dilanın və Nyu-Yorkun simvolu olan "I Love New York" (I ♥ NY) loqosunun təsvir olunduğu posterin müəllifi. Həyatı Milton Qleyzer Nyu-York şəhərində macar əsilli yəhudi ailəsində anadan olub. On yeddi yaşında nəhayət rəssam olmaq qərarına gəlib. O, Manhetten Musiqi və İncəsənət Məktəbinə daxil olub, sonra Nyu-York şəhərindəki özəl Kuper Yunion Kollecini və Bolonyadakı İncəsənət Akademiyasını (Corcio Morandinin sinfi) bitirib.
1954-cü ildə "Push Pin Studios"un qurucularından biri olmuş və burada ənənəvi dizayn qaydalarına meydan oxuyaraq eksperimental və innovativ üslublar yaratmışdır.
Milton Qleyzer ən məşhur əsərlərindən biri 1977-ci ildə dizayn etdiyi "I ♥ NY" loqosudur. Bu loqo Nyu-York şəhərini tanıtmaq üçün yaradılmış və qlobal miqyasda geniş tanınmışdır. O, həmçinin Bob Dilanınn albom posteri, "New York Magazine"nin həmtəsisçiliyi və müxtəlif kitab dizaynları ilə də məşhurdur.
1961-ci ildən Qleyzer universitetlərdə (məsələn, Amerika Qrafik Sənətlər İnstitutunda) dərs deyib və mühazirə oxuyub, Kuper Yunion Kollecinin direktorlar şurasında çalışıb, Nyu-Yorkdakı Vizual İncəsənət Məktəbinin idarə heyətinin üzvü olub və dizayn, incəsənət, dizayn peşəsi və yaradıcılıq prosesi haqqında çoxsaylı esselər dərc edib. O, qrafik dizayn tədris proqramının müəllifidir.
2004-cü ildə Qleyzer müasir dizaynın inkişafına verdiyi əhəmiyyətli töhfəyə görə Milli Dizayn Muzeyindən mükafat alıb. 2009-cu ildə Barak Obama Ağ Evdə keçirilən mərasimdə ona görkəmli nailiyyətlərinə və incəsənətə dəstəyinə görə Milli İncəsənət Medalı təqdim edib.
Milton Qleyzerə məxsus məşhur loqolar
İstinadlar
Ədəbiyyat
:en:Introducing Hedzoleh Soundz, a 1973 album by South African trumpeter :en:Hugh Masekela—an example of his coverworks
Xarici keçidlər
Milton Glaser Collection at the Milton Glaser Design Study Center and Archives + School of Visual Arts Archives
Kateqoriya:ABŞ dizaynerləri Kateqoriya:XXI əsr ABŞ rəssamları Kateqoriya:XX əsr ABŞ rəssamları