Cinsi istismar və ya seksual istismar — iki və ya daha çox şəxs arasında güc balansının olmadığı hər hansı seksual xarakterli davranış. Bu anlayış böyüklə uşaq arasında, böyük yaşlı uşaqla kiçik yaşlı uşaq arasında, yeniyetmə ilə ondan daha kiçik yaşlı şəxs arasında olan münasibətləri, eləcə də tərəflərdən birinin məcburiyyət altında iştirak etdiyi bütün situasiyaları əhatə edir. Cinsi istismar hallarına, həmçinin zərərçəkənin baş verənləri dərk etmədiyi hallar (məsələn, yuyunma, vanna qəbul etmə, paltar dəyişmə zamanı ona gizlicə baxılması və s.), zərərçəkənin yatdığı, huşsuz vəziyyətdə olduğu, alkoqol və ya narkotik təsiri altında qaldığı və ya baş verənləri anlamadığı hallar da daxildir. pp. 1–4.

Cinsi istismar zorakılıq, aldadılma, rüşvətlə ələ alınma, şantaj və ya digər üsullarla, yəni tərəflərdən birini üstün vəziyyətə gətirən istənilən vasitə ilə törədilə bilər.

Cinsi istismar vəziyyətindəki davranış aşağıdakı formalarda ola bilər: Gizli baxmaq (voyerizm) Cinsiyyət orqanlarının nümayişi (ekshibisionizm) Toxunma Oral, anal, vaginal seks Uşağa pornoqrafik məzmunlu materialların göstərilməsi Pornoqrafik məzmunlu materiallarıın yaradılması üçün uşaqdan istifadə edilməsi Razılıq olmadan hər hansı seksual davranış. Razılıq verən şəxs, aldadılmadan və ya çaşdırılmadan, razılıq verdiyi davranışın nədən ibarət olduğunu başa düşməlidir. Partnyor, mədəniyyətdə, ailədə və tanışlar qrupunda nəyin məqbul olduğunu, həmçinin özü və başqaları üçün mümkün nəticələri və razılaşdırılmış davranışa alternativləri bilməlidir. Partnyorun "yox" demək imkanının olması və bu sözün mənfi nəticələrə səbəb olmaması vacibdir. Partnyor ayıq, sağlam düşüncəli olmalı, eyni zamanda da alkoqol və ya narkotik təsiri altında olmamalıdır. Qanunvericilik baxımından, yaş həddi adlanan razılıq yaşına çatmayan şəxsin razılığı etibarsız hesab edilir. Bu isə o deməkdir ki, yaşca böyük olan bir şəxs öz davranışını uşağın "razılıq verməsi" ilə əsaslandıra bilməz.

İstinadlar

Əlavə ədəbiyyat siyahısı

Xarici keçidlər

Kateqoriya:Cinsi pozğunluq Kateqoriya:Cinsi etika Kateqoriya:Cinsi cinayətlər Kateqoriya:Cinsi istismar