– Yaponiya fotoqrafı. Yaponiya festivallarının və folklor mədəniyyətinin fotolarını çəkmişdir. Yaponiyada folklor ənənələrini fotoya alan ilk şəxslərdən biri olmaqla yanaşı, folklor fotoqrafiyasının qurucularından biri hesab olunur.

İlk illəri Hideo Haqa 1921-ci ilin Çinin şimal-şərqində yerləşən Dalian şəhərində doğulmuşdur. 1939-cu ildə Keyo Universitetində universitetə hazırlıq məktəbində iştirak etmək üçün Yaponiyaya gəlmişdir. Fotoqrafiyaya marağı olduğu üçün Keyo Universitetinin kamera klubuna qatılmışdır. Universitetdə Çin ədəbiyyatı ixtisası üzrə təhsil almış və folklorşünaslığa güclü maraq göstərmişdir. Yaponiya folklorşünaslığının qurucularından biri olan professor Orikuçi Şinobunun dərslərinə qatılmış və ondan təsirlənmişdir. 1944-cü ildə universitetdən məzun olmuşdur.

Karyerası Peşəkar fotoqraf karyerasına 1950-ci illərdə başlamışdır. 1946-cı ildə işləməyə başladığı "Nippon Telecommunications Company" şirkəti bağlandığı üçün özünə yeni sahə axtarmağa başlamışdır. Çin ədəbiyyatı üzrə mütəxəssis və universitetdəki mentoru Okuno Şintaronun tövsiyəsi ilə ənənəvi tədbirləri və folklor mədəniyyətinin fotolarını çəkməyə qərar vermişdir. Tədqiqat layihəsinin bir hissəsi kimi 1955–1957-ci illərdə 182 gün boyunca Amami-Oşimada yerli folklor praktikalarının fotoqrafiyasında iştirak etmişdir. 1950-ci ildə Yaponiya Peşəkar Fotoqraflar Assosiasiyasının qurucu üzvlərindən biri olmuşdur.

Bu dövrdə "Heibonsha" nəşriyyat şirkəti folklor mövzusunda iki seriya nəşr etdirməyə hazırlaşırdı: biri beş cilddən ibarət folklor lüğəti, digəri Yaponiyada folklorşünaslığın inkişafından bəhs edən 13 cildlik ensiklopediya. Haqa bu nəşrlər üçün fotolar çəkmiş və əldə etdiyi gəlirlə folklor fotoqrafı olmağa davam etmişdir.

1960-cı illərin sonlarından başlayaraq digər ölkələrdə də fotolar çəkməyə başlamışdır. 1970-ci ildə Osakada baş tutmuş Expo '70 tədbirində "Dünya festivalları, Yaponiya festivalları" attraksionlarının prodüseri olmuş və digər ölkələrin folkloruna maraq göstərmişdir. Bir sıra mükafatlara layiq görülmüşdür. 1988-ci ildə Vyana şəhərinin Fərqləndirici Xidmət Mükafatı, 1989-cu ildə "Bənövşəyi lent" medalı, 1995-ci ildə 4-cü dərəcəli "Doğan günəş" ordeni, 1997-ci ildə Yaponiya Fotoqrafiya Cəmiyyəti tərəfindən Həyat Uğuru Mükafatı, 2009-cu ildə Avstriya hökuməti tərəfindən "Elm və incəsənətə görə" nişanı ilə təltif olunmuşdur.

Haqa Kitabxanası Haqa əsərləri mühafizə etmək üçün 1985-ci ildə Haqa Kitabxanasını qurmuşdur. Kitabxananın kolleksiyasına əvvəlcə 70 ölkədən 300.000 foto daxil idi. Hazırda kitabxananın kollekiyasına 400.000-dən çox foto daxildir. Kitabxana hazırda oğlu Hinata tərəfindən idarə olunur.

Əsərləri Haqa 70-dən çox fotokolleksiya nəşr edirmişdir. 1959-cu ildə adlı ilk fotokolleksiyasını nəşr etdirmişdir. Kitab Fukuşima, Ayçi, Hiroşima prefekturaları, eləcədə, Amami-Oşima və Kaqoşima prefekturasının digər yerlərində düyü əkinçiliyi zamanı yerinə yetirilən yeddi ritual və mərasimi əks etdirirdi. Haqa bu fəaliyyətləri 1950-ci illərdə fotoya almışdır.

1997-ci ildə nəşr olunmuş iki cildlik onun əsas işlərini əks etdirir. 2017-ci ildə fotokolleksiyası nəşr olunmuşdur.

İstinadlar

Kateqoriya:Yaponiya uzunömürlüləri Kateqoriya:Yaponiya fotoqrafları Kateqoriya:Yaponiya folklor mədəniyyəti Kateqoriya:Yaponiya yazıçıları