Dəyəqarabulaq — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Dəyəqarabulaq kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Şahdağ silsiləsinin (Kiçik Qafqaz) ətəyindədir. Yerli əhalinin məlumatına görə, kəndi XVIII əsrin axırlarında yaxınlıqdakı keçmiş Qarabulaq (indiki Rüstəm Əliyev) kəndindən ayrılmış ailələr yurd yerində saldığına görə belə adlandırılmışdır. Dəyə sözü "koma, daxma, yaylaq və ya qışlaqda müvəqqəti yaşayış evi" mənasında olub, kəndi r-nun ərazisindəki Qarabulaq adlı başqa bir kənddən fərqləndirməyə xidmət edir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1167 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Gədəbəy rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Gədəbəy rayonunun kəndləri