Lisan əl-Ərəb () — ensiklopedik lüğət.
Müəllif Əsərin müəllifi dilçi, ədib və şafii fəqihi olan İbn Mənzurdur.
Əsər Lüğətdə sözlər Sixəx məktəbinə uyğun üslubda düzülmüşdür. Sözlər kökünün son hərfləri "bab", ilk hərfləri isə "fəsil" adı altında əlifba sırasına uyğun olaraq verilmişdir.
Əsərdə dil, təfsir, hədis, fiqh, şəxs adları, yer adları, tarixi hadisələr və ədəbiyyat tarixi haqqında məlumatlar vardır. Bu da ona ensiklopediklik xüsusiyyət qazandırmışdır.
Əsər özündə ümumi olaraq 80 min sözü ehtiva etdiyi deyilmişdir. Kompüter texnologiyası ilə aparılan hesablamalara görə, əsərdə 6538-i sülasi (üç hərfli sözlər), 2548-i rübai (dörd hərfli sözlər) və 187-si (beş hərfli sözlər) xəmasi olmaqla ümumilikdə 9273 kök söz müəyyənləşdirilmişdir.
Nəşr Əsər ilk dəfə Fariz əş-Şidyəkin təshihi ilə XX cild halında nəşr olunmuşdur. Sonralar əsər müxtəlif yer (Qahirə, Beyrut və s.) və tarixlərdə (1955–1956, 1968 və s.) dəfələr nəşr edilmişdir.
Həmçinin bax
Sünni kitablarının siyahısı
İstinadlar
Kateqoriya:Sünni ədəbiyyatı Kateqoriya:XIII əsrin kitabları