Ladakh, həmçinin Ladakx və ya Ladak (; ; ) — Hindistanda yerləşən tarixi və coğrafi region.
2019-cu ildən etibarən Ladakh Cammu və Kəşmirin keçmiş ştatından ayrılaraq ayrıca bir birlik ərazisi statusu almışdır.
"La" sözü "dağ keçidi", "dak" isə "ölkə" mənasını ifadə edir. Region şimalda Kunlun sıra dağları, cənubda isə Himalay dağ sistemləri arasında yerləşir. Ladakh həm hind-Avropa, həm də tibetmənşəli xalqlar tərəfindən məskunlaşdırılmışdır və Mərkəzi Asiyanın ən seyrək əhalili bölgələrindən biridir. Tarixi Ladakh ərazilərinə Baltistan, Hind vadisi, Zanskar, cənubda Laxul-Spiti, şərqdə Nqari və Aksayçin, eləcə də şimalda Nubra vadisi daxil olmuşdur. Müasir dövrdə Ladakh şərqdən Tibet, cənubdan Lahul və Spiti (Himaçal-Pradeş ştatı), qərbdən Kəşmir, Cammu və Baltistan vadiləri ilə həmsərhəddir, şimaldan isə Kunlun dağ silsiləsi ilə məhdudlaşır və onun o tayında Şərqi Türküstan başlayır. Ladakh ərazisində dünyanın ən hündür dağlarından bəziləri yerləşir.
Ladakh bəzən "Kiçik Tibet" kimi də adlandırılmışdır. Bu, onun Tibet təbiəti və mədəniyyəti ilə oxşarlıqları ilə əlaqədardır. Keçmişdə ticarət yollarının kəsişməsində yerləşməsi səbəbilə region mühüm strateji rol oynamışdır. Böyük İpək Yolubun bir qolu buradan keçmiş, Hindistandan Tibətə yollanan buddist zəvvarlar bu ərazilərdə monastırlar salmışdılar. Çin ilə sərhədlərin bağlanmasından sonra beynəlxalq ticarət tənəzzülə uğramışdır. 1974-cü ilə qədər Ladakh turistlər üçün bağlı olmuşdur, lakin hazırda Hindistan hökuməti bölgədə turizmi fəal şəkildə inkişaf etdirməkdədir və turizm region iqtisadiyyatının mühüm gəlir mənbələrindən birinə çevrilmişdir.
Ladakhın ən böyük və mühüm şəhəri Lehdir. Əhalinin böyük hissəsini buddistlər təşkil edir, qalanların əksəriyyəti isə şiə müsəlmanlardır.
İstinadlar
Xarici keçidlər Offical Website of Ladakh Autonomous Hill Development Council, Leh Ladakh Ladakh Times
Jammu Kashmir Ladakh Masks: Reflections of Culture and Religion
Фото Леха, столицы Ладакха
Kateqoriya:İpək yolu Kateqoriya:Çinin ərazi mübahisələri Kateqoriya:Pakistanın ərazi mübahisələri Kateqoriya:Hindistanın birlik əraziləri Kateqoriya:Çin dağları Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:Şimali Hindistan Kateqoriya:Hindistan regionları Kateqoriya:Asiyada mübahisəli ərazilər