Linda Deq (; ) — Amerika Birləşmiş Ştatlarının İndiana Universitetində Folklor və Etnomusiqişünaslıq üzrə folklorşünas professor.

Deq Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur və Avropa ilə Şimali Amerikanın həm kənd, həm də şəhər həyatında apardığı tədqiqatlarda əfsanələr, milli kimlik və icma həyatı üzrə araşdırmaları ilə tanınır. 2004-cü ildə İndiana Universitetinin fəxri professoru kimi Amerika Folklor Cəmiyyətinin (AFS) "Lifetime Scholarly Achievement Award" (ömürlük elmi nailiyyət) mükafatına layiq görülmüşdür. Deg həmçinin 1982-ci ildə Amerika Folklor Cəmiyyətinin prezidenti vəzifəsində çalışmışdır.

Həyatı Deq 18 mart 1920-ci ildə Macarıstanın Budapeşt şəhərində doğulmuş və 19 avqust 2014-cü ildə İndianada vəfat etmişdir. O, 28 il ərzində Andrev Vazsoni (1906–1986) ilə evli olmuşdur.

Elmi fəaliyyəti Linda Deq Macarıstanda Peter Pazmany Universitetində təhsil almışdır. Məzun olduqdan sonra o, Eötvöş Lorand Universitetiində folklor şöbəsində dərs deməyə başlamışdır. 1965-ci ildə İndiana Universitetinin Bloomington kampusundakı Folklor İnstitutunda dərs deməyə başlamış və 1982-ci ilə qədər burada çalışaraq İndiana Universitetində Folklor və Etnomusiqişünaslıq üzrə Fərqlənmiş Professor adına layiq görülmüşdür.

Müəllimlik fəaliyyəti dövründə Deg 1968-ci ildə Indiana Folklore jurnalını yaratmış və jurnal fəaliyyətini dayandırana qədər onu redaktə etmişdir. Jurnal 1980-ci ilə qədər nəşr olunmuş və Hoosier Folklor Cəmiyyətinin rəsmi jurnalı olmuşdur. Deq həmçinin 1967 və 1968-ci illərdə Hoosier Folklor Cəmiyyətinin prezidenti kimi fəaliyyət göstərmişdir.

Deq 1971-ci ildə Amerika Folklor Cəmiyyətinin üzvü seçilmişdir. Folklorşünaslar bu ada "sahəyə göstərdikləri görkəmli töhfələrə görə" layiq görülürlər. 1982-ci ildə Deg Amerika Folklor Cəmiyyətinin prezidenti olmuş və 2004-cü ildə folklorşünaslıq sahəsində gördüyü işlərə görə cəmiyyət tərəfindən "Lifetime Scholarly Achievement Award" mükafatı ilə təltif edilmişdir.

Deg 18 kitab və 200-dən çox məqalə və esse dərc etdirmişdir. O, xüsusilə əfsanələr sahəsindəki işi və ostensiya anlayışını müasir əfsanələrin tədqiqinə tətbiq etməsi ilə tanınır. 1983-cü ildə o və Andrew Vazsonyi "Does the Word ‘Dog’ Bite" Ostensive Action: A Means of Legend Telling" ("‘İt’ sözü dişləyirmi? — Əfsanənin çatdırılmasında ostensiv davranış") adlı məqaləni yazaraq əfsanələrin təkcə danışıq forması ilə deyil, həm də davranış vasitəsilə "icra oluna biləcəyini" irəli sürmüşlər. Ivo Osolsobe, Umberto Eko, Lüdviq Vitgenşteyn və Bertran Rassel kimi nəzəriyyəçilərin semiotik yanaşmalarına əsaslanaraq onlar folklorda beş nəzəri mümkün ostensiya forması təklif etmişlər: ostensiya ("gerçəkdən yaşanmış kimi"), pseudo-ostensiya (əfsanəyə bənzədilən saxta hadisə), quasi-ostensiya (yanlış yozulub əfsanə kimi qəbul edilmə), false ostensiya (hadisənin qəsdən əfsanəyə uyğun yanlış təqdim olunması) və proto-ostensiya (hələ əfsanə kimi formalaşmayan ilkin şayiələr — əfsanə toxumu).

Fəxri ad və mükafatları 1968: Amerikan Fəlsəfə Cəmiyyəti Təqaüdü 1970: Qukkenhaym Təqaüdü 1971: Amerika Folklor Cəmiyyətinin üzvü seçilməsi 1984: Almaniyada Fulbrayt Tədqiqat Təqaüdü 1989: Amerika Folklor Cəmiyyəti: 100 illik yubiley münasibətilə təltif 1990–91: Milli Humanitar Elmlər Mərkəzi Təqaüdü 1991: Hoosier Folklor Cəmiyyəti Nailiyyət Mükafatı 1993: Müasir Əfsanələr üzrə Beynəlxalq Cəmiyyətin "Ən Yüksək Töhfə" mükafatı 1993: Folklor Fellows, Finlandiya Elmlər Akademiyası (Helsinki) tərəfindən mükafat 1995: "Sigillo D’Oro", Pitrè–Salomone Marino Mükafatı (Palermo, İtaliya) 1995: Ortutay Medalı – Macarıstan Etnografiya Cəmiyyəti (Budapeşt) 2002: Amerika Folklor Cəmiyyəti tərəfindən "Çikago Folklor Mükafatı", Legend and Belief: Dialectics of a Folklore Genre əsərinə görə 2003: Legend and Belief: Dialectics of a Folklore Genre kitabına görə "Choice" jurnalının "Ən Yaxşı Akademik Kitab" mükafatı 2004: Amerika Folklor Cəmiyyəti tərəfindən "Ömürlük Elmi Nailiyyət" mükafatı

Əsərləri Dégh, Linda (1965). Folktales of Hungary. University of Chicago Press. ISBN 978-0-226-14024-7.

Dégh, Linda (1975). People in the Tobacco Belt: Four Lives. National Museum of Man (Mercury Series). ISBN 978-0-405-13331-2.

Dégh, Linda, ed. (1978). Studies in East European Folk Narrative. University of Texas Press. ISBN 978-0-292-77544-2.

Dégh, Linda, ed. (1980). Indiana Folklore: A Reader. Indiana University Press. ISBN 978-0-253-20239-0.

Dégh, Linda (1989). Folktales and Society: Story-Telling in a Hungarian Peasant Community. Indiana University Press. ISBN 978-0-253-20526-1.

Dégh, Linda (1994). American Folklore and the Mass Media. Indiana University Press. ISBN 978-0-253-11660-4.

Dégh, Linda (1995). Narratives in Society: A Performer-Centered Study of Narration. Folklore Fellows’ Communications. ISBN 978-9-514-10748-1.

Dégh, Linda (1996). Hungarian Folktales: The Art of Zsuzsanna Palko. University Press of Mississippi. ISBN 978-0-878-05912-6.

Dégh, Linda (2001). Legend and Belief: Dialectics of a Folklore Genre. Indiana University Press. ISBN 978-0-253-33929-4.

İstinadlar

Kateqoriya:1920-ci ildə doğulanlar Kateqoriya:Macarıstandan ABŞ-yə mühacirət edənlər