Qərbi Azərbaycana Qayıdış Konsepsiyası – Ermənistan azərbaycanlılarının dədə-baba torpaqlarına qayıtması üçün irəli sürülən konsepsiya.

Haqqında 26 yanvar 2023-cü ildə Qərbi Azərbaycana Qayıdış Konsepsiyası Qərbi Azərbaycan icması tərəfindən qəbul edilmişdir. İcmanın Müşahidə Şurası konsepsiyanı müzakirə etmiş və daha sonra qəbul etmişdir.

Konsepsiyaya qərbi azərbaycanlılarının öz torpaqlarına qayıtmaq hüququ, bu prosesin beynəlxalq hüquqla həyata keçirilməsi, qayıdılacaq ərazilərdə beynəlxalq sülh missiyasının fəaliyyətinin təmin edilməsi, qayıdanların əvvəlki məskunlaşmaq coğrafiyasının təmin edilməsi daxildir. Sənədə görə, qayıdacaq azərbaycanlıların Azərbaycan Respublikası ilə maneəsiz əlaqəsi təmin edilməlidir. Konsepsiyaya görə, qərbi azərbaycanlıların evləri və icma torpaqları onlara qaytarılmalıdır. Azərbaycanlıların mədəni irsi bərpa edilməli, yer adları dəyişiklikləri ləğv edilməli və azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verilməməlidir. Qərbi Azərbaycan icması qayıdışdan sonra da legitim tərəf olaraq bütün proseslərdə iştirak etməlidir.

Şərqi Anadoluda yaşayan azərbaycanlıların mənşəcə bir hissəsinin Ermənistandan olması, Ermənistan azərbaycanlılarının qayıdış konsepsiyasının qəbulu ilə bağlı olaraq, Azərbaycan hökuməti Şərqi Anadoluda yaşayan azərbaycanlılara diqqətini artırmışdır.

Konsepsiyanı yerinə yetirən qurumlar Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bəyan etmişdir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə konsepsiya icma tərəfindən həyata keçirilir. İrəvan qazısı Bəxtiyar Nəcəfov Qafqaz Müsəlmanları İdarəsinin İrəvan qazılığının fəaliyyətinin Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə sıx bağlı olduğunu bəyan etmiş, bu sahədə işləyəcəklərini qeyd etmişdir.

Qərbi azərbaycanlıların Ermənistana qayıdışının dəstəklənməsi . Azərbaycan Prezidenti İlham Əliyev qərbi azərbaycanlıların Ermənistana qayıdışını bölgədə sülh prosesi üçün vacib hesab etmişdir. 25px|frameless Türkdilli Dövlətlərin Parlament Assambleyası. Təşkilatın 12 iyun 2025-ci ildə Astanada keçirilən görüşündə qərbi azərbaycanlıların qayıdışı dəstəklənmişdir. Asiya Parlament Assambleyası. Təşkilat qərbi azərbaycanlıların Ermənistana qayıdışını 2025-ci ilin fevralında dəstəkləmişdir. 25px|frameless İslam Əməkdaşlıq Təşkilatı. Təşkilatın Nazirlər Şurasının 51-ci sessiyası qərbi azərbaycanlıların Ermənistana qayıdışını "Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ" adlı qətnamə ilə dəstəkləmişdir. Təşkilatın eyni görüşdə qəbul etdiyi İstanbul Bəyannaməsində də Ermənistandan çıxarılmış azərbaycanlıların qayıdış hüququ təsdiqlənmişdir. 25px|frameless İqtisadi Əməkdaşlıq Təşkilatı. 3–4 iyul 2025-ci ildə Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşü keçirilmiş, nəticə olaraq imzalanan Xankəndi Kommunikesi sənədində Ermənistandan çıxarılmış azərbaycanlıların qayıdış hüququ təsdiqlənmişdir. İlk dəfə Qərbi azərbaycanlıların qayıdış hüququ SCOPUS və Web of Science-da indekslənən beynəlxalq elmi jurnalda dərc olunub.

İstinadlar

Kateqoriya:Ermənistan azərbaycanlıları