Entoni Hyuiş (; 11 may 1924 – 13 sentyabr 2021) — pulsarların kəşfindəki roluna görə 1974-cü ildə (həmkarı radioastronom Martin Rayl ilə birlikdə) Fizika üzrə "Nobel" mükafatı qazanan Britaniya radioastronomu. O, həmçinin 1969-cu ildə Kral Astronomiya Cəmiyyətinin Eddinqton medalı ilə təltif edilmişdir.
Erkən həyatı və təhsili
Hyuiş Tauntondakı Kral Kollecində oxuyub. Kembricdəki Gonville və Caius Kollecində bakalavr dərəcəsi alması İkinci Dünya müharibəsi ilə dayandırılıb. O, Kral Təyyarə Müəssisəsində və Martin Rayl ilə birlikdə işlədiyi Telekommunikasiya Tədqiqat Müəssisəsində hərbi xidmətə təyin edilib. 1946-cı ildə Kembric Universitetinə qayıdan Hewish bakalavr dərəcəsini başa vurub və Raylın Kavendiş laboratoriyasındakı tədqiqat qrupunda aspirant olub. 1952-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyası üçün Hyuiş, ön plan plazmasının təsiri ilə astronomik radio mənbələrinin sintillyasiyalarının müşahidəsi və istismarı sahəsində praktik və nəzəri irəliləyişlər əldə etmişdir.
İstinadlar
Xarici keçidlər Antony Hewish interviewed on Web of Stories Interviewed by Alan Macfarlane 26 March 2008 (video) including the Nobel Lecture, 12 December 1974 Pulsars and High Density Physics
The Papers of Professor Antony Hewish held at Churchill Archives Centre
Kateqoriya:11 mayda doğulanlar Kateqoriya:1924-cü ildə doğulanlar Kateqoriya:İngiltərədə doğulanlar Kateqoriya:13 sentyabrda vəfat edənlər Kateqoriya:2021-ci ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Britaniya fizikləri Kateqoriya:Britaniya astronomları Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:Əlifba sırasına görə Nobel mükafatı laureatları Kateqoriya:London Kral Cəmiyyətinin üzvləri Kateqoriya:İngiltərəli Nobel mükafatı laureatları Kateqoriya:Kembric Universitetinin məzunları Kateqoriya:Radioastronomlar Kateqoriya:İngiltərə xristianları Kateqoriya:Astrofiziklər