Dilzarə Nadir qızı Ağayeva () — Biologiya elmləri doktoru, professor.
Həyatı Dilzarə Nadir qızı Ağayeva 5 iyun 1968-ci ildə Quba şəhərində anadan olub. 1975–1985-ci illərdə Quba şəhər 2 saylı orta məktəbində təhsil alıb. 1985–1990-cı illərdə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin tələbəsi olub, 1990-cı ildən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunda (hazırda AR ETN Botanika İnstitutu PHŞ) baş laborant vəzifəsində işə başlayıb, 2010-cu ildən şöbə müdiri vəzifəsində çalışır.
Təhsili 1992–1996-cı illərdə "Botanika" ixtisası üzrə AMEA Botanika İnstitutunun dissertantı olub və "Azərbaycanda ağac cinslərinin traxeomikozlarını törədən göbələklərin bioloji xüsusiyyətləri" mövzusunda müdafiə etdiyi dissertasiya işinə görə ona biologiya elmləri namizədi, 2014-cü ildə "Mikologiya" ixtisası üzrə "Meşə ağaclarının göbələkləri, fitopatogen növlərin taksonomiyası və filogeniyası" adlı dissertasiya işinə görə biologiya üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir. 2001–2002-ci illərdə Cənubi Afrika Respublikasının Pretoriya Universitetinin nəzdində Meşə və Kənd Təsərrüfatı Biotexnologiyaları İnstitutunda (FABI) PostDok proqramını yerinə yetirib. 2006-cı ildə dosent, 2025-ci ildə professor elmi adına layiq görülmüşdür.
Elmi fəaliyyəti Dilzarə Ağayeva işini Azərbaycanda coğrafi bölgələr və taksonomik qruplar nəzərə alınmaqla göbələklərin müxtəlifliyi, yayılması üzrə məlumatların toplanması, molekulyar bioloji yanaşmalardan istifadə etməklə patogen və mübahisəli növlərin statusunun müəyyənləşdirilməsi, ekosistemdə tarazlığı pozan, həmçinin tibbi əhəmiyyətli, nadir və təhlükə altında olan növlərin aşkar edilməsi və biologiyasının öyrənilməsi, qorunmasına dair təkliflərin hazırlanması istiqamətində qurmuşdur. Tədqiqatçı son 25 il ərzində Azərbaycanda göbələk müxtəlifliyinin öyrənilməsini diqqət mərkəzində saxlamaqla göbələklərin morfologiyası, ultrastruktur tədqiqatları, bitki-patogen əlaqələri, patogen göbələklərin genetik müxtəlifliyinin tədqiqi istiqamətində bir sıra işlər görmüşdür. Rəqabətli beynəlxalq təqaüd proqramları çərçivəsində (DAAD, UNESCO) çərçivəsində, Almaniya, ABŞ, CAR, İsveçrə və İtaliyalı həmkarları ilə birgə layihələr üzrə uzunmüddətli əməkdaşlıqlar ona digər ölkələrdə təcrübə qazanmağa və geniş beynəlxalq şəbəkə yaratmağa imkan vermişdir ki, bu da tədqiqat işlərini molekulyar sistematika, populyasiya genetikası kimi DNT analizləri tələb edən istiqamətlərdə aparmağa imkanlar açılmışdır. O, xarici ölkələrdə çoxsaylı beynəlxalq mikoloji və botaniki konfrans, konqres (IBC, IMC, ICPP) və digər tədbirlərin (EPPO, FAO, ICCP, IUFRO) iştirakçısı olmuş və aidiyyəti üzrə təqdimatlar etmişdir.
Pedaqoji fəaliyyətləri 1999–2000, 2016–2017-ci illərdə Bakı Dövlət Univrersitetində, 2018–2023-cü illərdə Botanika İnstitutunda müəllim olaraq təhsil prosesində iştirak etmişdir. Hal-hazıradək 4 magistr və 2 biologiya üzrə fəlsəfə doktoru yetişdirmişdir.
Təşkilati fəailyyətləri 1999–2000-ci illərdə Botanika İnstitutunun elmi katibi, 2005–2010-cu illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində beynəlxalq əlaqələr üzrə baş məsləhətçi, 2010-cu ildən hal-hazıradək Botanika İnstitutunda "Mikologiya və ibtidai bitkilər" şöbəsinin müdiri, 2015–2025-ci illərdə Botanika və Mikrobiologiya İnstitutlarında fəaliyyət göstərən Müdafiə Şuralarının üzvü, 2013–2018-ci illərdə Azərbaycan Elm Fondunun eksperti, 2018-ci ildən indiyədək "Plant & Fungal Research" jurnalının redaktor müavini, həmredaktoru, 2019–2022-ci illərdə Azərbaycan Botaniklər Cəmiyyətinin elmi katibi, "Azerbaijan Journal of Botany" nəşrinin redaktor müavini, 2021–2022-ci illərdə Azərbaycan Respublikası Elmi Tədqiqatlar üzrə Əlaqələndirmə Şurasının Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem Şurasının katibi olmuşdur. O, 2018-ci ildən Beynəlxalq Meşə Tədqiqat Təşkilatları İttifaqının (IUFRO) assosiativ üzvüdür.
Elmi nailiyyətləri Azərbaycanda Cryphonectria parasitica (şabalıd xərçəngi), Ophiostoma novo-ulmi (qarağacın holland xəstəliyi) və Armillaria mellea (kök çürüməsi) patogen göbələklərinin mövcudluğu araşdırılmış, mikoparazit Tuberculina növlərində digər Basidiomycota göbələklərindən fərqlənən konidiogenezin xüsusi xüsusiyyətləri aşkar edilmişdir .
Patogen göbələklərə dair ilk işlərə Ophiostoma cinsi göbələkləri üzrə tədqiqatlar daxildir. Azərbaycanda endem şam ağacından (Pinus brutia subsp. eldarica) Ophiostoma ips göbələyi və onun həşərat vektorları olan qabıq böcəkləri (Coleoptera: Scolytidae, Orthotomicus erosus və Hylurgus ligniperda) aşkar edilmişdir. Böcək növlərinin Azərbaycana yaxın zamanlarda introduksiya edilməsinə dair ehtimal irəli sürülmüşdür.
Ophiostoma ips və onun həşərat vektorları (Coleoptera: Scolytidae: Orthotomicus erosus və Hylurgus ligniperda) Azərbaycan üçün yeni qeydə alınmış və onların qabıq böcəyi assosiasiyaları ilə birlikdə Azərbaycana bu yaxınlarda gətirildiyi göstərilmişdir. Ophiostoma spp. və Sporothrix anamorfları morfoloji və genetik cəhətdən xarakterizə edilmişdir. Ophiostoma quercus kompleksi daxilində digər növlərin taksonomik statusu dəyərləndirilmiş və sinonimlər kimi yenidən təşkil edilmişdir.
Ölkədə C. parasitica populyasiyası fenotipik və genotipik markerlər, o cümlədən vegetativ uyğunluq növləri, cütləşmə tipləri və mikrosatellit genotipləri xarakterizə edilmişdir. Cryphonectria parasitica tədqiqatları kontekstində əvvəllər məlum olmayan iki mikovirus (Cryphonectria parasitica sclerotimonavirus 1, Cryphonectria parasitica ambivirus 1) təsvir edilmişdir.
Azərbaycanda unlu şeh göbələkləri (Erysiphaceae) araşdırılmış, 9 cinsə aid 134 növdən ibarət siyahı hazırlanmışdır. Erysiphe, Ophiostoma, Raffaelea və Sporothrix cinslərinə aid elm üçün 9 yeni növ təsvir edilmiş, Azərbaycan üçün 10-larla yeni mikromiset və makromiset növləri aşkar edilmişdir.
Şəki, Quba, Göygöl rayonlarının meşə ekosistemlərinin makrogöbələkləri ətraflı tədqiq edilmiş və ərazi üçün tipik, nadir, tibbi əhəmiyyətli göbələk növlər müəyyən edilmişdir.
Azərbaycanda ağac və kol növləri ilə assosiasiyada olan həm angiosperm, həm də gimnospermlər üzərində 18 fəsilə, 30 cinsə aid 49 bitki növündə 193 göbələk qeydə alınmışdır. Siyahıya həmçinin mühüm bitki patogenləri haqqında məlumatlar daxildir.
Elmi əsərləri Dilzarə Ağayeva 200-dək elmi əsərin, o cümlədən 3 kitabın və xarici çoxsaylı məqalələrin müəllifidir.
Kitabları 1. Ağayeva D. N. (2011) Mikologiyada tətbiq edilən ənənəvi və müasir metodlar. Bakı: Elm, 208s, ISBN 978-9952-453-17-1
2. Ağayeva D. N., Sadıqov A. S. (2014) Abşeronun mikobiotası (məlumat siyahısı, sinonimlər, qeydlər). Bakı: Elm, 254s., ISBN 978-9952-495-26-3
3. Ağayeva D. N. (2023) Azərbaycanda meşə ağaclarının göbələkləri, onların taksonomiyası və filogeniyası. Bakı: Elm, 396 s.
Məqalələri 1. Guseinov E., Aghayeva D. N. (1997) The morphological and cultural signs of the vascular mycosis agents of forest tree types in Azerbaijan. Turkish Journal of Botany (TÜBİTAK), 21(1):19–26.
2. Aghayeva D. N., Wingfield M. J., de Beer Z. W., Kirisits T. 2004. Two new Ophiostoma species with Sporothrix anamorphs from Austria and Azerbaijan. Mycologia. 96 (4):865 – 877.
3. Aghayeva D. N., Wingfield M. J., Kirisits T., Wingfield B. D. (2005) Ophiostoma dentifundum sp. nov. from oak in Europe, characterized using molecular phylogenetic data and morphology. Mycological Research, 109 (10):1127–1136.
4. Aghayeva D. N., Harrington T. C. 2008. First report of Cryphonectria parasitica on chestnut (Castanea sativa) in Azerbaijan. Plant Pathology, 57: 383.
5. Harrington T. C., Fraedrick S. W., Aghayeva D. N. (2008) Raffaelea laurelensis, a new ambrosia beetle symbiont and pathogen on the Lauraceae. Mycotaxon, 104: 399–404.
6. Grobbelaar J., Ağayeva D.N., de Beer W., Bloomer P., Wingfield M., Wingfield B. (2009) Delimitation of Ophiostoma qercus and its synonyms using multiple gene phylogenies. Mycological Progress, 8(3): 221-236.
7. Harrington T. C., Aghayeva D. N., Fraedrick S. W. (2010) New combinations in Raffaelea, and four new species from the redbay ambrosia beetle, Xyleborus glabratus. Mycotaxon, 111(5): 337–361.
8. Harrington T. C., Yun H. Y., Lu Sh-Sh., Goto H., Aghayeva D. N., Fraedrick S. W. (2011) Isolation of Raffaelea lauricola and other symbionts from the redbay ambrosia beetle, Xyleborus glabratus, in Taiwan and Japan. Mycologia.103 (5):1028–1036.
9. Wall J. R., Aghayeva D. N. (2014) The practice and importance of chestnut cultivation in Azerbaijan in the face of blight, Cryphonectria parasitica (Murrill) Barr. Ethnobotany Research and Applications, 12: 165–174.
10. Aghayeva D. N., Lutz M., Piątek M. 2016. Transmission electron microscopy of Tuberculina species (Helicobasidiales) reveals an unique mode of conidiogenesis within Basidiomycota. Fungal Biology, 120: 1010–1016.
11. Meyer J. B., Trapiello E., Senn-Irlet B., Sieber T. N., Cornejo C., Aghayeva D. N., González A. J., Simone P. (2017) Phylogenetic and phenotypic characterization of Sirococcus castaneae comb. nov. (Syn. Diplodina castaneae), a fungal endophyte and potential pathogen of the European chestnut. Fungal biology, 121: 625–637.
12. Aghayeva D. N., Rigling D., Prospero S. (2017) Low genetic diversity but frequent sexual reproduction of the chestnut blight fungus Cryphonectria parasitica in Azerbaijan. Forest Pathology, 47(5)
13. Abasova L. V., Aghayeva D. N., Takamatsu S. (2018) Notes on powdery mildews from Azerbaijan I. Genus Erysiphe. Current Research in Environmental & Applied Mycology (CREAM), 8(1): 30–53.
14. Abasova L. V., Aghayeva D. N., Takamatsu S. (2018) Erysiphe azerbaijanica and E. linderae: two new powdery mildew species (Erysiphales) belonging to the Microsphaera lineage of Erysiphe. Mycoscience. 59: 181–187.
15. Aghayeva D. N., Rigling D., Meyer J., Mustafabeyli E. (2018) Diversity of fungi occurring on the bark of Castanea sativa in Azerbaijan. Acta Horticulture, P. 79–86.
16. Mustafabayli E., Aghayeva D. N. (2019) New mushroom records for Azerbaijan. Ukrainian Botanical Journal, 76(4) 356–361.
17. Del Carratore R., Aghayeva D. N., Ali-zade V. M., Bartolini P., Della Rocca R., Pepori A., Maserti B. (2021) Detection of Cryphonectria hypovirus 1 in Cryphonectria parasitica isolates from Azerbaijan. Forest Pathology, 00:e12718.
18. Forgia M., Isgenderli E., Aghayeva D., Huseynova I., Turina M. (2021) Virome characterization of Cryphonectria parasitica isolates from Azerbaijan unveiled a new mymonavirus and a putative new RNA virus unrelated to described viral sequences. Virology, 553: 51–61.
19. Aghayeva P., Cozzolino S., Cafasso D., Ali-zade V., Fineschi S., Aghayeva D. (2021) DNA barcoding of native Caucasus herbal plants: potentials and limitations in complex groups and implications for phylogeographic patterns. Biodiversity Data Journal, 9: e61333, 28 p.
20. Aghayeva D. N., Abasova L. V. (2021) A checklist of powdery mildews (Erysiphaceae, Ascomycota) known from Azerbaijan. Sydowia, 74: 001–013.
21. Forgia M., Navarro B., Daghino S., Cervera A., Gisel A., Perotto S., Aghayeva D. N., Akinyuwa M. F., Gobbi E., Zheludev I. N., Edgar R. C., Chikhi R., Turina M., Babaian A., Serio F. D., de la Peña M. (2023) Hybrids of RNA viruses and viroid-like elements replicate in fungi. Nature Communications,14: 2591.
22. Antonelli A., Teisher J. K., Smith R. J., Ainsworth A. M., Furci G., Gaya E., Gonçalves S. C., Hawksworth, D. L., Larridon I., Sessa E. B., Simões A-R. G., Suz L. M., Acedo C., Aghayeva D. N., Agorini A. A., Al Harthy L. S., Bacon K. L., Chávez-Hernández M. G., Colli-Silva M., Crosier J., Davey A. H., Dhanjal-Adams K., Eguia P. Y., Eiserhardt W. L., Forest F., Gallagher R. V., Gigot G., Gomes-da-Silva J., Govaerts R. H. A., Grace O. M., Gudžinskas Z., Hailemikael T. G., Ibadullayeva at all. (2024) The 2030 Declaration on Scientific Plant and Fungal Collecting. Plants, People, Planet.