Şaxəndan — İmadəddin Nəsiminin qardaşı, şair.

Həyatı

Nəsimi ilə münasibətləri Salman Mümtaz 1923-cü ilə aid məqaləsində Q. Lətifinin Nəsiminin Şaxəndan adında bir qardaşı olduğunu dediyini qeyd etmişdir. Şaxəndanın ləqəbi "Julidəmu" (dağınıq saçlı) idi. O, qardaşı Nəsimi kimi şair idi. Nəsiminin hürufiliyə keçdiyini öyrənən Şaxəndan qardaşına bu sirri heç kəsə açmamasını məsləhət görmüşdür:

Gəl bu sirri kimsəyə faş eyləmə Xanü xası aməyə aş eyləmə.

Bu təlaşla yazılmış məktubda Şaxəndan qardaşına məsləhət görür ki, onu anlayacaq insanlara sirrini açsın. Nəsimi isə cavab olaraq təriqət ideyalı məsnəvi yazır:

Dəryayi-mühit cuşə gəldi Kövn ilə məkan xuruşə gəldi.

Dəfni

O, 1426-cı ildə Şamaxıda vəfat etmiş və öz adı ilə adlandırılan qəbiristanlıqda basdırılmışdır. Salman Mümtaz onun Şamaxıda basdırılmasını sübut gətirərək, Nəsiminin şamaxılı olması fikrini irəli sürmüşdür. Ancaq Nəsimi və Şaxəndan başqa yerdə doğulmuş, daha sonra Şaxəndan Şamaxıya köçmüş ola bilər. Ona görə də Şaxəndanın Şirvanda basdırılması Nəsiminin doğum yerini təyin etmək üçün yetərli sübut deyildir.

İstinadlar

Ədəbiyyat Y. M. Babayev. Azərbaycan ədəbiyyatı tarixi (XIII–XVIII əsrlər). Dərslik. Təkrar nəşr. Bakı, "Elm və təhsil", 2018, 760 səh.

Kateqoriya:İmadəddin Nəsimi Kateqoriya:Şamaxı rayonunda dəfn olunanlar