Kral xərçəngləri və ya Lithodidae fəsiləsi — Əsasən dərin sular və soyuq mühitlərə uyğunlaşmış onayaqlı xərçənglər. Onlar iki yarımfəsiləyə bölünür: "Lithodinae" yarımfəsiləsi, əsasən dərin suları məskun edir, qlobal miqyasda yayılmışdır və fəsilənin növ müxtəlifliyinin əksəriyyətini təşkil edir; "Hapalogastrinae" yarımfəsiləsi isə yalnız Şimali Sakit okeanda yayılmışdır və yalnız dayaz suları məskun edir. Kral xərçəngləri xarici görünüş etibarilə əsl xərçənglərə bənzəsə də, ən yaxın qohumlarının qayıqçı xərçəngləri (pagurid hermit crabs) olduğu qəbul edilir. Bu yaxınlıq, kral xərçəngləri və qayıqçı xərçəngləri arasında yalnız onlara xas olan bir neçə anatomik xüsusiyyətlə dəstəklənir və bu, onayaqlılar arasında karsinizasiyanın əlamətdar nümunəsidir. Kral xərçənglərinin bir neçə növü, xüsusilə Alyaska və Cənubi Amerika sularında, kommersiya balıqçılığının hədəfidir və həddindən artıq ovlanmağa məruz qalmışdır.
Yayılması
Kral xərçəngləri adətən dərin sular, xüsusilə qütb və subqütb bölgələri, həmçinin hidrotermal mənbələr və soyuq sızmalar yaxınlığında tapılır. "Lithodinae" yarımfəsiləsinin nümayəndələri dünyanın beş okeanında (Sakit, Atlantik, Hind, Cənub və Arktika) yayılmışdır, "Hapalogastrinae" yarımfəsiləsinin nümayəndələri isə yalnız Şimali Sakit okeanda tapılır. "Hapalogastrinae" yarımfəsiləsinin nümayəndələri "Lithodinae"-yə nisbətən daha yüksək temperaturlara dözümlüdür; "Lithodinae" əsasən dərin suları və ya daha az hallarda yüksək enlikli dayaz suları məskun edir, "Hapalogastrinae" isə yalnız dayaz sular (<100 m (330 fut)) tapılır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Şərqi Asiya faunası Kateqoriya:Yengəclər Kateqoriya:Xərçəngkimilər Kateqoriya:Anomura