Dehli cümə məscidi (urduca: جامع مسجد) — Rəsmi adı ilə "Masjid-i-Jehan-Numa" (Dünyanı əks etdirən məscid), Hindistanın Dehli şəhərində yerləşən ən böyük Sünni məscidlərindən biri. Məscid, Böyük Moğol imperatoru Şah Cahan tərəfindən 1644-1656-cı illər arasında inşa edilmiş və ilk imamı Seyid Əbdül Qafur Şah Buxari tərəfindən təqdis edilmişdir. Moğol paytaxtı Şahcahanabadda (indiki Köhnə Dehli) yerləşən məscid, 1857-ci ildə imperiyanın süqutuna qədər Moğol imperatorlarının imperiya məscidi kimi xidmət etmişdir. Müstəmləkə dövründə Hindistanda İslam hakimiyyətinin simvolu kimi qəbul edilirdi. Həmçinin, Britaniya hakimiyyəti dövründə bir neçə mühüm siyasi hadisənin mərkəzində olmuşdur. Hal-hazırda aktiv şəkildə istifadə olunur və Dehlinin ən ikonik abidələrindən biridir, Köhnə Dehli ilə sıx şəkildə əlaqələndirilir. Məscid quruluşu Milli Əhəmiyyətli Abidə statusuna malikdir.
Adlar
Məscidin iki adı var. Şah Cahan tərəfindən verilən köhnə ad "Masjid-i-Jehan-Numa" ("bütün dünyanı əks etdirən məscid") kimi şərh edilir və ehtimal ki, "Cahan-Numa" (dünyanı əks etdirən) ilə əlaqədardır. Digər daha çox yayılmış ad isə "Jama Masjid" (ərəbcə "Cümə məscidi" mənasını verir) adıdır ki, bu ad ümumi xalq arasında yaranmışdır.
Yerləşmə
Məscid, tarixi Şahcahanabad şəhəri daxilində, indiki Köhnə Dehli məhəlləsində yerləşir. Məscidin qarşısında Qırmızı Qala və Sunehri məscidi var. Köhnə Dehlinin əsas mərkəzlərindən biri olan Jama Masjid, tarixi Çandni Çovk kimi müxtəlif ticarət mərkəzləri ilə əhatə olunub. Hindistan müstəqillik hərəkatının fəalı Əbul Kəlam Azadın məzarı məscidə bitişikdir.
İstinadlar
Xarici keçidlər
The Jama Masjid Of Delhi
Kateqoriya:XVII əsr məscidləri Kateqoriya:Sünni məscidləri Kateqoriya:Hindistan məscidləri Kateqoriya:Hindistanın dövlət rəmzləri Kateqoriya:Moğol memarlığı Kateqoriya:1656-cı ildə yarananlar Kateqoriya:İslam incəsənəti Kateqoriya:Dehli Kateqoriya:Hindistan abidələri