Alytes (Mamalıq qurbağaları) — "Alytidae" fəsiləsinə aid qurbağa cinsi. Əsasən qitə Avropasında və Şimal-Qərbi Afrikada yayılmışdır.

Təsvir

"Alytes" qurbağaları beş ayrı növə bölünür və Qərbi Avropa, Şimali Afrika və Mayorkada yayılmışdır. Utancaq və gecə fəal olan bu qurbağalar zəngli çağırışları ilə öz mövcudluğunu bəlli edir. Gündüzlər daşların, qütüklərin altında və ya quru, qumlu torpaqda qazdıqları tunellərdə gizlənirlər. Axşam çağı yemək axtarmaq üçün kənara çıxırlar, lakin həmişə səhərə qədər eyni gizləndikləri yerlərə qayıdırlar. Qışda isə kiçik heyvanlar tərəfindən tərk edilmiş yuvalarda qış yuxusuna yatırlar.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Quyruqsuzlar Kateqoriya:Avropa faunası Kateqoriya:Afrika faunası Kateqoriya:Avropa suda-quruda yaşayanları