() — tərəfindən yazılmış və sonradan Şirotaka tərəfindən illüstrasiya edilmiş Yaponiya ranobe seriyası. Hekayə işsiz, kök və tənha bir kişi olan Rudeus Greyratın ölümündən sonra bir fantastik dünyada yenidən doğulmasından bəhs edir. O, əvvəlki həyatının xatirələrini qoruyur və bu dəfə həyatdan peşman olmadan zövq almağa qərar verir.
Seriya ilk dəfə 2012-ci ilin noyabrında "Shōsetsuka ni Narō" saytında onlayn şəkildə yayımlanıb. Növbəti il "Media Factory"nin "MF Books" nəşriyyatı "Pixiv" istifadəçisi Şirotakanın illüstrasiyaları ilə çap versiyasını təqdim edib. Yuka Fucikava tərəfindən hazırlanan manqa adaptasiyası isə 2014-cü ilin iyununda "Monthly Comic Flapper" jurnalında nəşrə başlayıb və üç əlavə "spin-off" əsəri də buraxılıb. "Seven Seas Entertainment" həm manqanın tankobon cildlərini, həm də orijinal ranobeləri Şimali Amerika üçün lisenziyalaşdırıb. "Studio Bind" tərəfindən hazırlanmış anime adaptasiyasının ilk mövsümünün 2020-ci ildə yayımlanmağı nəzərdə tutulsa da, təxirə salınaraq 2021-ci ilin yanvarından dekabrına qədər yayımlanmışdır. İkinci mövsüm 2023-cü ilin iyulundan 2024-cü ilin iyulunadək yayımlanıb. Üçüncü mövsüm ikinci mövsümün final seriyasının yayımlanmasından sonra elan edildi. İlk iki seriyası 4 iyul 2026-cı ildə yayımlandı.
Qeydlər
İstinadlar
Kateqoriya:Manqa seriyaları Kateqoriya:2014-cü ilin manqaları Kateqoriya:2017-ci ilin manqaları Kateqoriya:2018-ci ilin manqaları Kateqoriya:2019-cu ilin manqaları Kateqoriya:2021-ci ilin anime serialları Kateqoriya:2021-ci ilin manqaları Kateqoriya:2022-ci ilin manqaları Kateqoriya:2014-cü ilin Yaponiya romanları Kateqoriya:ASCII Media Works manqaları Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Crunchyroll animeləri Kateqoriya:Uydurmada reinkarnasiya Kateqoriya:Funimation Kateqoriya:Harem anime və manqaları Kateqoriya:İsekay anime və manqaları Kateqoriya:Yaponiya veb-komiksləri Kateqoriya:Kadokawa Dwango franşizləri Kateqoriya:Kadokawa Shoten manqaları Kateqoriya:Əvvəlcə onlayn yayımlanmış ranobelər Kateqoriya:Media Factory manqaları Kateqoriya:Muse Communication Kateqoriya:Seynen manqaları Kateqoriya:Seven Seas Entertainment komiks başlıqları Kateqoriya:Şonen manqaları Kateqoriya:Shōsetsuka ni Narō Kateqoriya:Toho Animation Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Çap olunmuş veb-komikslər Kateqoriya:Macəra anime və manqaları Kateqoriya:Dram anime və manqaları