Lithobates areolatus — Ranidae fəsiləsinə aid qurbağa növü.

Ümumi məlumat 250px|thumb|left|Lithobates areolatus Lithobates areolatus ABŞ-nın mərkəzi ərazilərindəki çöllər və çəmənliklərdə yaşayan orta ölçülü qurbağadır. Bu qurbağa adını ildə böyük bir hissəsini xərçənglərin yuvalarında keçirməsindən alır. Bədənlərində qızılı və ya qara dairələr müəyyən edilmişdir.

Lithobates areolatusun uzunluğu 5,6 ilə 7,6 sm arasında dəyişir. Rəngi sarıdan qəhvəyiyə qədər dəyişir, qarın hissəsi isə ağ rəngdədir. L. areolatusun belində çoxsaylı tünd qəhvəyi ləkələr var və hər bir ləkənin ətrafında açıq rəngli halqa mövcuddur. Belinin hər iki tərəfində aydın dəri qırışı var ki, bu qırışlar erkəklərdə dişilərə nisbətən daha qabarıqdır. Həmçinin nisbətən kiçik timpanum mövcuddur.

Lithobates areolatuslara əsasən çöl və ya çəmənlik mühitində rast gəlinir, lakin otlaqlardan və böyümüş sahələrdən də istifadə edirlər. Bu növ ilin böyük bir hissəsini quru xərçəng yuvaları ilə əlaqədə keçirir. L. areolatus isti yay günlərində belə fəal olaraq yer üstündə vaxt keçirir, lakin heç vaxt yuvalarından uzaqlaşmır. Yuva onlar üçün yırtıcılardan qaçmaq, su mənbəyi, çöl yanğınlarından qurtulmaq və qışda don xəttinin altına enmək üçün vacib bir sığınacaqdır. Lithobates areolatuslar yuvalarının yanından keçən həşərat və digər kiçik onurğasızları fırsatçı şəkildə yeyirlər.

Lithobates areolatuslar əsasən mart ayının ortalarında yumşaq, yağmurlu havalarda çoxalır. Bu zaman erkəklər balıq olmayan müvəqqəti gölməçə və su bataqlıqlarını axtarır və çağırışlara başlayır. Aşağı tezlikli çağırış bir mil məsafəyə qədər eşidilə bilər və ətraf ərazilərdən dişiləri cəlb edir.

Bu növ əsasən xərçəng yuvalarının olduğu keçmiş çöl bölgələri ilə əlaqələndirilir, lakin mühit itkiləri və şəhərləşmə səbəbiylə bir çox populyasiya məhv olmuşdur.

İstinadlar

Xarici keçidlər

Rana areolata at CalPhotos

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər