Ranoidea caerulea — Ağacqurbağaları fəsiləsinə aid qurbağa növü. Ümumi məlumat Bu növ ABŞ və Yeni Zelandiyaya da yayılıb. Lakin Yeni Zelandiyadakı populyasiyanın artıq nəsli kəsilmiş olduğu düşünülür. Bu qurbağa morfoloji cəhətdən cinsinin digər üzvlərinə, xüsusilə R. splendida və R. infrafrenata ilə oxşardır. Avstraliyanın əksər qurbağalarından daha böyük olan Ranoidea caerulea 10 sm və ya daha çox uzunluğa çata bilir. Əsarətdə orta ömür müddəti təxminən 16 ildir ki, bu da əksər qurbağalarla müqayisədə uzundur. Sakit təbiəti və insan yaşayış yerlərinə yaxın yaşamağa uyğunluğu səbəbilə, Ranoidea caeruleaları tez-tez pəncərə altlıqlarında və ya evlərin içərisində, işıq cəlb etdiyi həşəratlarla qidalanarkən tapılır. Yaşıl ağac qurbağası təhlükə hiss etdikdə düşmənini qorxutmaq üçün qışqırır və toxunulduqda cırıldayır.
Ranoidea caerulea Hylidae fəsiləsinin üzvüdür və Pelodryadinae alt fəsiləsinə daxildir. Bu alt fəsilə Avstraliya və Yeni Qvineyaya endemikdir və Ranoidea və Nyctimystes cinslərində 100-dən çox növü əhatə edir. Növün ümumi adı olan "Uaytın ağac qurbağası", Con Uaytın 1790-cı ildə ilk təsvirinə şərəfə verilmişdir. Ranoidea caerulea elmi cəhətdən təsvir edilən ilk Avstraliya qurbağasıdır, ilk nümunə Ser Cozef Banksin kolleksiyasına daxil olmuşdur, lakin İkinci Dünya Müharibəsində Londonun Kral Cərrahlar Kollecindəki Hunterian Muzeyi bombalandıqda məhv olmuşdur. (Rana caerulea, new species)
Ranoidea caerulea kök, kifayət qədər iri bir ağac qurbağasıdır və uzunluğu 11,5 sm qədər çata bilər, tam yetişmiş dişilər erkəklərdən bir qədər böyükdür. Göz üzərində fərqlənən yağlı bir çıxıntı var və parotoid vəzi orta ölçüdədir. Gözün iris qatı qızılı rəngdədir və üfüqi şəkildə yarıq şəkilli gözbəbəyi var, timpanum gözün arxasında görünür. Ətraflar qısa və güclüdür, barmaq uclarında yapışqan disklər var ki, bu da dırmaşma zamanı yapışmağı təmin edir. Barmaqlar təxminən üçdə bir hissəsi pərdəlidir, ayaq barmaqları isə demək olar ki, dörddə üçü pərdəlidir. Bel rəngi temperatur və mühitin təbiətindən asılı olaraq qəhvəyi və ya boz-yaşıldan parlaq zümrüd yaşılına qədər dəyişir. Qurbağanın bəzən belində kiçik, nizamsız ağ ləkələr olur. Erkəklərin boğazının altında boz, qırışıqlı səs kisəsi var, dişilərin boğazı isə ağdır. Hər iki cinsin qarın hissəsi krem-ağ rəngdədir və kobud toxumaya malikdir.
Qalereya
İstinadlar
Ədəbiyyat
Egerton, L. ed. (2005). Encyclopedia of Australian wildlife. Reader's Digest
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Ağacqurbağaları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Əhliləşdirilmiş heyvanlar Kateqoriya:Ev heyvanları