Köşkmədrəsə () — Türkiyənin Kayseri şəhərinin cənub-şərqində yerləşən, Ərətna bəyliyi dövrünə aid xanəgah.
Tarixi Bina üzərindəki kitabəyə görə, abidə 1339-cu ildə Ərətna bəy tərəfindən həyat yoldaşı Suli Paşanın (ö. 1339) xatirəsinə ithafən tikilmişdir. Bina xanəgah kimi inşa edilsə də, sonradan mədrəsə kimi istifadə olunub. Burada Ərətna bəy, həyat yoldaşı Suli Paşa, oğlu və varisi Qiyasəddin Məhəmməd və nəvəsi Əlaəddin Əli dəfn edilib. Abidənin üzərindəki yazıya görə memarın adı "Kaluyan" olmuşdur. Ehtimal edilir ki, memar ermənidir.
Uzun illər istifadəsiz qalan və tarixi dəyərinə görə qoruma altına alınan bina, Vəqflər Ümumi Müdirliyindən icarəyə götürülərək Məlikqazi bələdiyyəsi tərəfindən bərpa edilib. Hazırda isə bina Ramazan ayı boyunca müxtəlif mədəni və ictimai tədbirlərin keçirilməsi üçün istifadə edilir.
İstinadlar
Kateqoriya:Türkiyə mədrəsələri Kateqoriya:İslam memarlığı