Matyaş kilsəsi (macarca: Mátyás-templom) — nadir hallarda "Buda Tacqoyma Kilsəsi" kimi tanınan, Macarıstanın Budapeşt şəhərində, Buda Qəsəbəsinin mərkəzində, Müqəddəs Üçlük Meydanında (Szentháromság tér) yerləşən katolik kilsəsi. Balıqçı Qalasının qarşısında yerləşən bu kilsə, tarixi əhəmiyyəti ilə seçilir.

Tarix

Kilsə yerindəki ilk tikili Macarıstanın ilk kralı I İştvan tərəfindən 1015-ci ildə inşa edilmişdir. Bu, 1690-cı ildə kilsənin içərisində yerləşdirilmiş və 1748-ci ildə yanmış bir yazıya əsaslanır. Lakin I İştvan tərəfindən tikintisi barədə dəqiq sübut yoxdur. Bu bina 1241-ci ildə monqollar tərəfindən dağıdılmışdır; hazırkı bina isə 13-cü əsrin ikinci yarısında inşa edilmişdir. Əvvəlcə Məryəm Ana adını daşıyan kilsə, 19-cu əsrdən etibarən Kral Matyaşın adı ilə tanınmağa başlamışdır. Kral Matyaş, kilsənin cənub qülləsinin yenidən qurulmasını əmr etmişdir.

İstinadlar

Xarici keçidlər

Official site Accommodation next to Church

Kateqoriya:1270-ci ildə yarananlar Kateqoriya:Tacqoyma kilsələri Kateqoriya:Macarıstanda islam Kateqoriya:Qotik kilsələr