Science, Education and Innovations in the Context of Modern Problems — 2018-ci ildə "International Meetings and Conferences Research Association" (IMCRA-AZ) tərəfindən təsis edilmiş və həmin ildən nəşr olunan beynəlxalq, rəyli və açıq girişli elm, təhsil və innovasiya sahələrində tədqiqatlara yönəlmiş jurnal. Jurnal müxtəlif elmi sahələrdə aparılan araşdırmaların dərcinə platforma təmin edir və tədqiqatların geniş auditoriyaya çatdırılmasını məqsəd qoyur.
Baş redaktoru Dr. Rahil Nəcəfovdur.
Tarixi 2018-ci ildə Bakı şəhərində təsis edilmişdir və həmin ildən nəşr olunmağa başlamışdır. 2019–2020-ci illərdə jurnal regional və beynəlxalq bazalarda qeydiyyata alınmağa başlamışdır. 2021-ci ildən etibarən məqalələrə rəqəmli obyektin identifikatoru (DOI) verilməyə başlanmışdır. 2022-ci ildən jurnalın indeksləndiyi beynəlxalq elmi bazaların sayı artmağa davam etmişdir.
Fəaliyyəti və əhatəsi Jurnal ildə 12 dəfə olmaqla aylıq buraxılır və məqalələr ikiqat kor rəy proses ilə qiymətləndirilir. Məqalələr açıq giriş formatında yayımlanır və əsasən ingilis, qismən isə fransız dilində təqdim olunur. Jurnal həm regional, həm də beynəlxalq səviyyədə multidissiplinar tədqiqatlara platforma təmin edir və elm, təhsil, innovasiya, iqtisadiyyat, hüquq, texnologiya və sosial sahələrdə aparılan araşdırmaları dərc edir.
Jurnalın redaksiya heyəti beynəlxalq tərkibə malikdir. Baş redaktor Dr. Rahil Nəcəfov, baş redaktor müavinləri Prof. Dr. Salah Akkal və Assos. Prof. Dr. Bekbaev Rauf, assosiativ redaktorlar isə Dr. Devasis Pradhan, Prof. Dr. Beatriz Soto Aranda və Dr. Syed Saqlain Ul Hassandır. Heyətdə həmçinin Prof. Dr. kimi tanınmış alimlər də iştirak edir.
Beynəlxalq fəaliyyəti və beynəlxalq kitabxanalar Jurnal çoxsaylı beynəlxalq platformalarda, ixtisaslaşmış elmi məlumat bazalarında və nüfuzlu universitet kitabxanalarında indekslənir və kataloqlaşdırılır. Əsas beynəlxalq indeks və məlumat bazaları arasında "EBSCOhost", MIAR, "WorldCat", "Dimensions.ai", "Crossref", "Google Scholar", "Scilit", "Publons" və ISSN yer alır. Bundan əlavə, jurnal "Asian Science Citation Index"də də qeydiyyatlıdır.
Jurnal bir çox dünyaca nüfuzlu universitetlərin elmi kitabxanalarının kataloqlarına daxil edilmişdir. Bunlara Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu, Kaliforniya Universiteti, Berkli, Toronto Universiteti, Prinston Universiteti, Pensilvaniya Universiteti, Dyuk Universiteti, Britaniya Kolumbiyası Universiteti və Yeni Cənubi Uels Universiteti daxildir.
Xarici keçidlər Rəsmi sayt
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalları Kateqoriya:2018-ci ildə yaradılmış jurnallar Kateqoriya:İngilis dilində jurnallar Kateqoriya:Elmi jurnallar Kateqoriya:2018-ci ildə Azərbaycanda yarananlar