Azərbaycanın İsveçrədəki səfirliyi — Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı diplomatik nümayəndəliyi. Səfirlik Azərbaycan Respublikasını İsveçrədə təmsil edir.

04 sentyabr 2026-cı il tarixindən Azərbaycanın İsveçrə Konfederasiyasında fövqaladə və səlahiyyətli səfiri Vaqif Sadıqov.

İsveçrənin Azərbaycanda səfiri Tomas Ştəldir.

Tarixi İsveçrə Azərbaycanın müstəqilliyini 23 dekabr 1991-ci ildə tanımışdır. Azərbaycanla İsveçrə arasında diplomatik münasibətlər 21 yanvar 1992-ci ildə qurulmuşdur.

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyi 6 oktyabr 2004-cü ildə təsis edilib və 2005-ci ilin sentyabr ayından etibarən İsveçrənin paytaxtı Bern şəhərində fəaliyyətə başlayıb.

2001-ci ildə İsveçrə Konfederasiyası Bakıda Əməkdaşlıq ofisini açıb.

2007-ci ildə İsveçrənin Azərbaycanda səfirliyi yaradılıb. Səfirliyin rəsmi açılışı 2008-ci ilin mayında həyata keçirilib.

2 oktyabr 2006-cı ildə Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan – İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupu təsis edilmişdir.

2 mart 2009-cu ildə İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupu təsis edilmişdir.

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirləri Azərbaycanın İsveçrədəki səfiri Azərbaycan Respublikasını İsveçrə Konfederasiyasında təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir.

Səfir Müddət başlanğıcı Müddətin sonu Hüseynağa Sadıqov 1992 2005 Elçin Əmirbəyov 2005 2010 Murad Nəcəfbəyli 2010Azərbaycan Dövlət İnformasiya Agentliyi. Bakı şəhəri, 6 yanvar 2010-cu il 2012Azərbaycan Dövlət İnformasiya Agentliyi. Bakı şəhəri, 23 aprel 2012-ci il. Əkrəm ZeynallıAzərbaycan Dövlət İnformasiya Agentliyi 2012 2017 Xanım İbrahimova 2017 2021 Fuad İsgəndərovF.E.İsgəndərovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2021F.E.İsgəndərovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı2026Vaqif Sadıqov2026

Həmçinin bax İsveçrənin Azərbaycandakı səfirliyi

İstinadlar

Xarici keçidlər Facebook Facebook Twitter Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyi Embassy of Switzerland in Azerbaijan

Kateqoriya:Azərbaycan–İsveçrə münasibətləri Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:İsveçrənin xarici siyasəti Kateqoriya:Azərbaycanın diplomatik nümayəndəlikləri