right|thumb|Xarab olmuş lampanı müəyyən etmək üçün hazırlanmış blok-sxem.

Blok-sxem və ya Axın sxemi — alqoritmləri və əməliyyatları müxtəlif formalı qutular daxilində göstərən və onları oxlarla bir-birinə bağlayan geniş yayılmış diaqramma növü. Blok-sxemlər müxtəlif sahələrdə proseslərin və tətbiqlərin idarə edilməsində, sənədləşdirilməsində, layihələndirilməsində və təhlilində istifadə olunur.

Tarixi Proseslərin axınının sənədləşdirilməsi üçün yaradılan ilk metod olan "axın proses sxemi" 1921-ci ildə Frenk Gilbret () tərəfindən ASME (Amerika Mexanika Mühəndisləri Cəmiyyəti) üzvlərinə təqdim edilmişdir.. American Society of Mechanical Engineers. Gilbretin alətləri sənaye mühəndisliyi tətbiqlərində öz yerini tutmuşdur. 1930-cu illərin əvvəlində isə sənaye mühəndisi Allan H. Moqensen () Nyu-Yorkda biznes mühitində istifadə olunmaq üçün bəzi sənaye tətbiqlərinin təlimini verməyə başlamışdır.

İnkişaf tarixi 1921 – Frenk Gilbret tərəfindən "blok-sxem" anlayışı irəli sürülmüş və ASME üzvlərinə təqdim edilmişdir. Bu, proses sxemini sənədləşdirmək üçün ilk sistemli metod hesab olunur. 1930-cu illər – Sənaye mühəndisi Allan H. Moqensen Nyu-Yorkda iş dünyasında tətbiq edilə bilən sənaye proseslərinin tədrisini həyata keçirmişdir. Bu təlimlər axın sxemlərinin biznes sahəsinə inteqrasiyasına yol açmışdır. 1947 – ASME tərəfindən "Blok-sxem simvolları" rəsmi olaraq qəbul edilmişdir. Bu simvollar müasir dövrdə də geniş istifadə olunur (başlanğıc/son, proses, qərar, giriş-çıxış və s.).American Society of Mechanical Engineers (1947) ASME standard; operation and flow process charts. New York, 1947. (online version ) 1950–1960-cı illər – Blok-sxemlər kompüter elmlərinin inkişafı ilə birlikdə proqramlaşdırma alqoritmlərinin təsviri üçün əsas vasitəyə çevrilmişdir. 1970-ci illər – Daha mürəkkəb diaqramlaşdırma metodları (məsələn, Nassi–Şneyderman diaqramları) və sistem analizi üçün müxtəlif qrafik üsullar meydana çıxmışdır. Müasir dövr – Blok-sxemlər yalnız mühəndislik və proqramlaşdırmada deyil, həm də idarəetmə, biznes proseslərinin optimallaşdırılması, təhsil və müxtəlif sənaye sahələrində geniş istifadə olunur.

Tənqid Geniş yayılmış, lakin səhv praktikaya nümunə kimi blok-sxemlərin alqoritmi aşağı səviyyədə (kod səviyyəsində) təsvir etmək üçün istifadəsi göstərilə bilər — yəni sxemin bloklarına hər hansı süni dildə yazılmış kod parçalarının yerləşdirilməsi cəhdi. Bu yanaşma yalnız strukturlaşdırılmış yanaşmaya uyğun təşkil edilmiş proqramlarda tətbiq oluna bilər və məsələn, obyekt yönlü yanaşma zamanı abstraksiyaların qarşılıqlı əlaqəsi ilə reallaşdırılan alqoritmi əks etdirə bilmir. Alqoritmlərin təsviri, sistemin hissələrinin qarşılıqlı əlaqəsi və bir çox digər müşayiətedici məsələlərin izahı üçün UML notasiya sistemi mövcuddur.

İstinadlar

Ədəbiyyat siyahısı

ISO 10628: Diagrams for the chemical and petrochemical industry ECMA 4: Flowcharts (withdrawn – list of withdrawn standards) Schultheiss, Louis A., and Edward M. Heiliger. "Techniques of flow-charting ." (1963); with introduction by Edward Heiliger.

Xarici keçidlər

Flowcharting Techniques: An IBM manual from 1969 (5 MB; PDF)

Kateqoriya:Alqoritmlər Kateqoriya:Proqramlaşdırma Kateqoriya:ABŞ ixtiraları Kateqoriya:Keyfiyyət Kateqoriya:Texniki kommunikasiya Kateqoriya:Keyfiyyətə nəzarət alətləri Kateqoriya:Modelləşdirmə dilləri Kateqoriya:Alqoritm təsvir dilləri Kateqoriya:Diaqrammalar