Pərviz Eldəniz oğlu Dadaşov () — Azərbaycanı təmsil edən yunan-roma güləşçi.

Həyatı Pərviz Dadaşov 28 mart 2004-cü ildə Şamaxı rayonunun Məlcək qəsəbəsində anadan olub. 2014-cü ildə Respublika Olimpiya İdman Liseyində (ROİL) Nazim Əhmədovun rəhbərliyi altında güləşlə məşğul olmağa başlayıb.

Azərbaycan İdman Akademiyasında təhsil alıb.

Karyerası Pərviz Dadaşovun beynəlxalq səviyyədə debütü 2019-cu ilin iyununa təsadüf edib. Həmin ilin iyununda Polşada baş tutan 15 yaşlılar arasında Avropa Çempionatında çıxış edən Dadaşov təsnifat mərhələsində ukraynalı David Çulhovshiyi 8:0, 1/8 final mərhələsində belaruslu Nihita Tsiaroxini 10:1, 1/4 final mərhələsində gürcüstanlı Mişiho Alehsandrianı 2:2F hesabı ilə məğlub etdi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi rusiyalı İbrahim Xaquyev oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Pərviz Dadaşov rəqibinə 3:5 hesabı ilə məğlub oldu və bürünc medal uğrunda görüşdə mübarizə apardı. Bu görüşdə isə Dadaşov gürcüstanlı Luha Bendeliani üzərində 9:0 hesabı ilə qələbə qazandı və 15 yaşlılar arasında Avropa Çempionatının bürünc medalına sahib oldu.

Dünyanı cənginə alan COVID-19 pandemiyası səbəbilə 2020-ci il ərzində yeniyetmələr arasında Avropa və Dünya Çempionatları baş tutmadı. Pandemiyadan sonra Dadaşovun birinci turniri 2021-ci ilin iyununda Bolqarıstanda baş tutan 17 yaşlılar arasında Avropa Çempionatı oldu. Həmin turnirin 1/8 final mərhələsində Dadaşov bolqarıstanlı Borislav Kirilova 3:6 hesabı ilə məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazandığına görə Dadaşov təsəlliverici qrupda mübarizə apardı. Birinci görüşdə o, rusiyalı Erzu Zaqriyeva 5:1, həlledici görüşdə isə çexiyalı Filip Bartosixa 9:0 hesabı ilə qalib gəldi və 17 yaşlılar arasında Avropa Çempionatını da bürünc medalla başa vurdu.

Pərviz Dadaşov 2022 və 2023-cü illərdə 20 yaşlılar arasında Azərbaycan Çempionatlarının bürünc medallarına sahib oldu. 2024-cü ildə isə o, Qazaxıstanda II Türk Dövlətləri Universiadasının bürünc medalına sahib oldu, həmçinin Azərbaycan Çempionatının final görüşündə Ziya Babaşova məğlub olaraq turniri gümüş medalla başa vurdu.

Nəticələri SıraİlYarışEv sahibiKg.Nəticə12019U15 Avropa Çempionatı Polşa41.0 Kg.3.22021U17 Avropa Çempionatı Bolqarıstan51.0 Kg.3.32022U20 Azərbaycan Çempionatı Azərbaycan55.0 Kg.3.42023U20 Azərbaycan Çempionatı Azərbaycan60.0 Kg.3.52024Azərbaycan Çempionatı Azərbaycan63.0 Kg.2.

İstinadlar

Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri