Ramphastos brevis — Tukanlar fəsiləsinə aid quş növü. Ümumi məlumat 250px|thumb|left|Ramphastos brevis Ramphastos brevis uzun müddət R. ambiguusun yarımnövü kimi qəbul edilsə də, səs fərqləri və digər xüsusiyyətlər onların ayrılmasına səbəb olmuşdur. Ramphastos brevis və R. vitellinus qardaş növlərdir. Ramphastos brevis monotipik növdür.Remsen, J. V., Jr., J. I. Areta, E. Bonaccorso, S. Claramunt, A. Jaramillo, D. F. Lane, J. F. Pacheco, M. B. Robbins, F. G. Stiles, and K. J. Zimmer. Version 24 July 2022. A classification of the bird species of South America. American Ornithological Society. https://www.museum.lsu.edu/~Remsen/SACCBaseline.htm retrieved July 24, 2022

Ramphastos brevis 46–48,5 sm uzunluğunda və 365–482 qram çəkisindədir. Cinslər oxşar olsa da, dişilərin dimdiyi erkəklərdən daha qısadır. Dimdiyinin üst hissəsi əsasən sarı rəngdə olub, dimdiyin üst tərəfində yaşıl çalarlar və əsasında qara üçbucaq var. Alt çənəsi qara rəngdədir, bəzən sarı uclu ola bilir. Başının üstü və ensəsi qara rəngdə olub qırmızımtıl çalarlıdır, üst hissələri və quyruğu qara rəngdədir, yalnız quyruqüstü örtükləri ağdır. Göz ətrafındakı dəri sarı-yaşıl və ya zeytun yaşılı rəngdədir. Boğazı və döşü sarı rəngdə olub, döşün altında ensiz qırmızı zolaq var. Qarın hissəsi qara, quyruqaltı örtükləri isə qırmızıdır. Lələkləri sarıboğaz tukanın "şabalıdıdimdik" yarımnövü (R. a. swainsonii) ilə demək olar ki, eynidir, lakin onların səsləri fərqlidir.Short, L.L. and C. J. Sharpe (2020). Choco Toucan (Ramphastos brevis), version 1.0. In Birds of the World (J. del Hoyo, A. Elliott, J. Sargatal, D. A. Christie, and E. de Juana, Editors). Cornell Lab of Ornithology, Ithaca, NY, USA. https://doi.org/10.2173/bow.chotou1.01 retrieved January 5, 2023

Yayılması və ekologiyası Adından da göründüyü kimi, Ramphastos brevis rütubətli Çoko regionunda, şimal-qərb Kolumbiyadan cənub-qərb Ekvadora qədər olan ərazidə məhdudlaşır. Əsasən düzənlik və təpəlik meşələrində yaşayır, lakin meşəyə bitişik meyvəli ağaclar olan otlaq və plantasiyalarda da rast gəlinir. Yüksəkliyi 1550 metr (5100 fut) qədər olan ərazilərdə tapılır.

Ramphastos brevisin köçəri davranışı yoxdur, lakin cütlər və qruplar qidalanma zamanı yamac boyunca yuxarı və aşağı hərəkət edir.

Ramphastos brevis əsasən meşə örtüyündə qidalanır. Qidası ətraflı məlum deyil, lakin əsasən meyvələr və ehtimal ki, həşəratlar və kiçik onurğalılardan ibarətdir. Orduböcək sürülərini izləyərək onların narahat etdiyi ovları yeməsi müşahidə edilmişdir.

Ramphastos brevisin çoxalma mövsümü əsasən iyun-avqust aylarında olsa da, Kolumbiyada daha erkən başlaya bilər. Cütlər bir-birinə başlarını irəli-geri yelləyərək və səs çıxararaq təqdimat edir. Çoxalma biologiyası haqqında başqa məlumat yoxdur.

Qorunma statusu Beynəlxalq Təbiəti Mühafizə Birliyi (IUCN) Ramphastos brevisi "az qayğı tələb edən" kimi qiymətləndirib. İstinadlar

Ədəbiyyat Short, L. L. and C. J. Sharpe (2020). Choco Toucan (Ramphastos brevis), version 1.0. In Birds of the World (J. del Hoyo, A. Elliott, J. Sargatal, D. A. Christie, and E. de Juana, Editors). Cornell Lab of Ornithology, Ithaca, NY, USA. https://doi.org/10.2173/bow.chotou1.01

Xarici keçidlər

Photos and sound collection of the Choco toucan

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər