Zosterops natalis — Sərçəkimilər fəsiləsinə aid quş növü.

Ümumi məlumat Zosterops natalis Milad adasına endemikdir. Təbii yaşayış yerləri tropik və subtropik rütubətli genişyarpaqlı meşələr və subtropik və ya tropik rütubətli kolluqlardır. Yaşayış mühitinin məhv olması ilə təhdid altındadır.

Zosterops natalis 11,7–13,5 sm uzunluğundadır. Üst hissələri boz-zeytun rəngində, alt hissələri isə ağdır. Gözün üstündə sarımtıl zolaq və göz ətrafında aydın ağ lələk halqası var.

"Zosterops" cinsi adalara xas bir qrupdur, 98 növdən 82-si yalnız adalarda yaşayır və bir çox növ yalnız bir adada məlumdur. Yayılma qabiliyyəti yüksəkdir. Zosterops natalis Milad adasına endemikdir, lakin Kokos (Kiling) adalarına da köç etmiş və orada məskunlaşmışdır. Lakin Kokos adalarında əsasən insan məskənləri ətrafında rast gəlinir. Milad adasında isə adanın hər yerində, 360 metr yüksəkliyə qədər olan meşələrdə, həmçinin bağlarda, tərk edilmiş mədənlərin yaxınlığında və otlu kənd təsərrüfatı sahələrində yaşayır.

Zosterops natalisin müxtəlif növ qidası var, o cümlədən meyvələr, toxumlar, nektar və həşəratlarla qidalanır.

Qorunma statusu Zosterops natalis ümumilikdə çoxsaylı və sabit populyasiyaya malik quşdur və Beynəlxalq Təbiəti Mühafizə Birliyi (IUCN) Zosterops natalisi "az təhlükə altında" (Least Concern) kimi qiymətləndirib. Kokos (Kiling) adalarındakı populyasiya Milad adası populyasiyasının təxminən 5%-ni təşkil edir, lakin bu ikinci məkan təbii fəlakətlərin nəticəsində nəslin kəsilmə riskini azaldır.

İstinadlar

Xarici keçidlər

BirdLife Species Factsheet

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər