Boşluğa xütbə () – 2025-ci ildə buraxılmış Azərbaycan filmi. Azərbaycan, Meksika və ABŞ-nin birgə istehsalı ilə çəkilən filmin rejissoru Hilal Baydarovdur. "Xütbə" trilogiyasının sonuncu filmidir.

Məzmun Film Məhəmməd Füzulinin yaradıcılığı üzərində qurulmuşdur və dünyanın sonu yaxınlaşarkən Şah İsmayılın dirilik suyunu axtarmaq üçün çıxdığı səyahətdən bəhs edir.

Rollarda Filmdə əsas rolları Hüseyn Nəsirov, Məryəm Nağıyeva, Rəna Əsgərova, Elşən Abbasov, Orxan İsgəndərli oynamışdırlar. Şah İsmayıl obrazı istisna olmaqla, digər personajların adları yoxdur.

İstehsal Filmin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcan, icraçı prodüserləri Orxan Fikrətoğlu, Oğuz Tümüklü və Nuri Cem Erbak, bəstəkarı Kənan Rüstəmlidir. Azərbaycan, Meksika və Türkiyə kinematoqrafçılarının ortaq işidir. Film Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) maliyyə dəstəyi ilə istehsal olunmuşdur.

Hilal Baydarov bir müsahibəsində bildirmişdir ki, "nədənsə o, bəşəriyyət tarixində çox böyük bir anın yaxınlaşdığını güclü bir şəkildə hiss edir və artıq geri dönüşü olmayan bir həddin astanasındayıq". O, çox az insanın həyatı həyat edən və ya insanı əsl insan edən şeylər haqqında düşündüyünü görmüş və buna görə də həyat, dirilik suyu, dirilmə mövzularında film çəkmək qərarına gəlmişdir. O, tarixi Şah İsmayıldan yox, Nizami Gəncəvinin "İsgəndərnamə" əsərindən ilhamlanmış, Makedoniyalı İsgəndərin dirilik suyu axtardığı hekayədən istifadə etmişdir.

Qəbul Film 5 sentyabr 2025-ci ildə 82-ci Venesiya Beynəlxalq Film Festivalının "Müsabiqədənkənar bədii filmlər" bölməsində nümayiş etdirilmişdir. Hilal Baydarovun Venesiyada nümayiş olunan ikinci filmidir. Film 11–12 oktyabr 2025-ci ildə Osloda baş tutmuş Mirage Film Festivalında, 17–18 noyabr 2025-ci ildə Qahirə Beynəlxalq Film Festivalında, 2026-cı ildə İstanbul Beynəlxalq Film Festivalında nümayiş etdirilmişdir.

Mükafat və nominasiyalar Mükafatlar Mükafat Tarix Kateqoriya Qəbul edən və ya namizəd Nəticə İst. Tokio Beynəlxalq Film Festivalı 5 noyabr 2025 Əsas müsabiqə Film

Həmçinin bax Səpələnmiş ölümlər arasında – Hilal Baydarovun Venesiya Beynəlxalq Film Festivalında nümayiş etdirilən digər filmi.

İstinadlar

Kateqoriya:2025-ci ilin Azərbaycan filmləri