Azərbaycan Respublikasının İdman Ustası — Azərbaycan Respublikasında idmanda xüsusi uğurlar əldə etmiş idmançılara Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən verilən fəxri dərəcə.
Ümumi məlumat Bu dərəcə Azərbaycan Respublikasının Vahid İdman Təsnifatında təsdiqlənmiş idman dərəcələrindən biridir və daimi xarakter daşıyır.
Dərəcə pillələri Azərbaycan Respublikasının Vahid İdman Təsnifatında aşağıdakı pillələr mövcuddur: Beynəlxalq İdman Ustası Beynəlxalq Qrossmeyster Qrossmeyster İdman Ustası İdman Ustalığına namizəd I, II, III və IV idman dərəcələri.
Təqdim edilmə qaydası Dərəcə hər bir olimpiya dövrü üçün (dörd il) təsdiq olunan tələblərə uyğun olaraq idman federasiyalarının təqdimatı ilə verilir.
Mükafatlandırma nümunələri 2025 — Bakı Mühəndislik Universitetinin tələbəsi Şahin Əsədov bu dərəcəyə layiq görülüb. 2023 — keçmiş futbolçu Əfran İsmayılov "İdman ustası" dərəcəsi alıb.
Həmçinin bax Azərbaycan Respublikasının əməkdar idman ustası Azərbaycan Respublikasının Vahid İdman Təsnifatı
İstinadlar
Kateqoriya:Fəxri adlar Kateqoriya:Azərbaycanın idman ustaları