Lixtenşteyn Vətən Xidməti (, LHD) — partokratiyaya qarşı çıxan və Lixtenşteyni korporativ dövlətə çevirməyi hədəfləyən keçmiş siyasi partiya. Partiyanın ideyaları knyazlıq əhalisi arasında geniş dəstək qazanmamışdır.Stefan Hansen: Politisches System Des Kleinststaates Liechtenstein (2007)

Tarixi Partiya 1 oktyabr 1933-cü ildə knyazlığın paytaxtı Vadutsda təsis edilmişdir. Avstriyanın Heymver (özünümüdafiə dəstələri) siyasi qanadı olan "Forarlberq Vətən Xidməti"nin bir qolu kimi yaranmışdır. 1930-cu illərdə Forarlberq sakinləri arasında korporativ dövlət ideyaları populyar olmuş və bu ideyalar Lixtenşteyn ərazisinə də yayılmışdır.Werner Haas: Europa will leben (1936)

9 dekabr 1934-cü ildə partiyanın üzvləri paytaxtda hökumətin istefası və yeni seçkilərin keçirilməsi tələbi ilə mitinq keçirmişdir.Hanspeter Lussy, Rodrigo López: Finanzbeziehungen Liechtensteins zur Zeit des Nationalsozialismus Band 1 (Unabhängige Historikerkommission Liechtenstein Zweiter Weltkrieg, 2005)

1935-ci ilin əvvəllərində "Lixtenşteyn Vətən Xidməti" Lixtenşteyn Xristian-Sosial Xalq Partiyası ilə birləşdi. "Milli Müxalifət" kimi onlar mövcud majoritar seçki sistemini proporsional sistemlə əvəzləməyə çalışmışdılar.Arno Waschkuhn: Politisches System Liechtensteins: Kontinuität und Wandel (1994)

1936-cı ilin yanvarında partiya Vətənpərvər İttifaq partiyasının tərkibinə daxil olmuşdur. Bu dövrdə Otto Şedler və Aloiz Foqt kimi bəzi keçmiş yüksək vəzifəli şəxslər yeni yaranmış partiyaya qoşuldu və bu, partiyanın ölkənin siyasi həyatında mövqelərini gücləndirmişdir. "Lixtenşteyn Vətən Xidməti"nin yeni ideologiyasını qəbul etməyən bəzi üzvləri sonradan Alman Milli Hərəkatına qoşulmuşdur.

İstinadlar

Kateqoriya:Lixtenşteyndəki siyasi partiyalar Kateqoriya:Nasist Almaniyası ilə kollaborasionizm Kateqoriya:1936-cı ildə ləğv olunan siyasi partiyalar