Çarli Bartlett () — 2007-ci ildə istehsal edilmiş ABŞ gənclik komediya-dram janrında film. Con Pollun rejissorluğu ilə çəkilən ekran əsərinin ssenari müəllifi Qastin Neşdir. Süjet xətti yeni təhsil aldığı məktəbdə məşhurlaşmaq məqsədilə şagirdlərə psixoloji məsləhətlər verən və dərman preparatları paylayan yeniyetmənin həyatından bəhs edir.

Film 2007-ci il mayın 1-də Traybeka Film Festivalında ilk nümayişini həyata keçirmiş, daha sonra Kann Film Bazarında, Maui Film Festivalında və Kembric Film Festivalında nümayiş olunduqdan sonra 2008-ci il fevralın 22-də Amerika Birləşmiş Ştatları və Kanadada kinoteatr şəbəkəsinə buraxılmışdır. Film tənqidçilər tərəfindən müxtəlif rəylər almış və 12 milyon dollar büdcəyə qarşı 5.3 milyon dollar gəlir əldə etmişdir.

Təsvir Bütün özəl təhsil ocaqlarından bir-bir qovulduqdan sonra, var-dövlət içində böyümüş yeniyetmə Çarli Bartlett adlı gənc, həyatın acısını-şirinini dadmış, işindən bezmiş direktor Neytan Qardnerin rəhbərlik etdiyi dövlət məktəbində özünə yer tapmaqda əməlli-başlı çətinlik çəkir, necə deyərlər, heç cür adaptasiya oluna bilmir. Lakin zaman keçdikcə, məktəbin daxili aləmini, oradakı münasibətlər sistemini və sosial pilləkəni daha dərindən qavramağa başlayan Çarlinin qəlbən səmimi olması, insanlarla xoş rəftarı və ürəyiaçıqlığı sayəsində hamının etibarını qazanır. Get-gedə şagirdlər arasında "psixoloq" və ya "məsləhətçi" kimi ad çıxarır. Hətta bir vaxtlar ona göz verib-işıq verməyən, indi isə biznes ortağına çevrilmiş Mörfi Bivens adlı məktəb yoldaşı ilə əlbir olaraq, dərd-səri olan şagirdlərə psixoloji dəstək göstərir, bəzən də lazım gələndə dərman reseptləri yazır. Bu minvalla həyatına davam edərkən, bir gün ağlına gəlir ki, başqalarına verdiyi məsləhətlərin bir qismini öz həyatında da tətbiq etsin. Beləliklə, sevgi-məhəbbət macəralarına atılmağa və ən əsası, özünü olduğu kimi qəbul etməyi öyrənməyə qərar verir.

Rollarda Anton Yelçin — Çarli Bartlett Houp Devis — Merilin Bartlett Ket Denninqs — Syuzan Qardner Robert Dauni — Neytan Qardner Tayler Hilton — Mörfi Bivens

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2007-ci ilin ABŞ filmləri Kateqoriya:Sidney Kimmel Entertainment filmləri Kateqoriya:Komediya-dram filmləri Kateqoriya:Gənclik filmləri Kateqoriya:Narkotik maddələr haqqında filmlər Kateqoriya:Psixoaktiv dərmanlar haqqında filmlər Kateqoriya:ABŞ-nin orta məktəb filmləri Kateqoriya:Metro-Goldwyn-Mayer filmləri Kateqoriya:Disfunksional ailələr haqqında filmlər Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin romantik komediya filmləri Kateqoriya:2007-ci ilin rejissor debütləri Kateqoriya:ABŞ-nin faciəvi komediya filmləri