Rhynchospiza strigiceps (Çako sərçəsi) — Əvvəllər "zolaqlı başlıq sərçəsi" kimi tanınan, "Passerellidae" fəsiləsinə aid olan bir quş növü. Argentina və Paraqvayda rast gəlinir.
Təsvir
Çako sərçəsi ayrılmış iki yarımnövdən kiçik olanıdır. Üst hissələri açıq qəhvəyi rəngdədir və tünd zolaqlar, paslı və boz çalarlar var. Alt hissələri açıq boz rəngdədir və yanlarına doğru bu rəng açıq sarıya çalır. Başı boz rəngdədir, təpəsi darçını rəngli zolaqlarla örtülüdür, göz ətrafında açıq rəngli ləkələr və qara bığ zolağı var.Jaramillo, A. (2020). Stripe-capped Sparrow (Rhynchospiza strigiceps), version 1.0. In Birds of the World (J. del Hoyo, A. Elliott, J. Sargatal, D. A. Christie, and E. de Juana, Editors). Cornell Lab of Ornithology, Ithaca, NY, USA. https://doi.org/10.2173/bow.stcspa1.01 retrieved April 23, 2021
Yayılması və yaşayış mühiti
Çako sərçəsi qismən köçəri bir növdür və Paraqvayın cənub mərkəzindən Argentinanın şimal mərkəzinə qədər olan Qran-Çako bölgəsində rast gəlinir. Bu aşağı yüksəklikli biom (1000 metrə qədər) subtropik və tropik quru meşələr və kolluqlarla xarakterizə olunur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1839-cu ildə təsvir edilən quşlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:1839-cu ildə təsvir edilən heyvanlar