Hit the Road Jack — bluz müğənnisi Percy Mayfield tərəfindən yazılmış və Ray Charles tərəfindən ifa edilmiş mahnıdır. Mahnı 1961-ci ildə ABŞ-də ən sevilən hit olmuşdur. Ən yaxşı ritm və bluz qeydiyyatı kateqoriyasında Grammy mükafatı qazanmış və Charles-in ən tanınmış mahnılarından birinə çevrilmişdir.

Tarixi Mahnı Percy Mayfield tərəfindən yazılmışdır. 1960-cı ildə müğənni, bəstəkar və pianoçu Ray Charles tərəfindən, The Raelettes vokalisti Margie Hendrix-in iştirakı ilə ifa edildikdən sonra məşhurlaşmışdır.

1961-ci ilin 9 oktyabr Bazar ertəsindən başlayaraq Billboard Hot 100 siyahısında iki həftə 1-ci sırada qalmışdır. Mahnı Rolling Stone jurnalının 2010-cu il "Bütün Zamanların 500 Ən Böyük Mahnısı" siyahısında 387-ci yer tutmuşdur. The Chantels qrupu bu mahnıya cavab olaraq "Well, I Told You" adlı mahnı yayımlamış və o, 29-cu sıraya qədər yüksəlmişdir.

İstinadlar

Kateqoriya:1961-ci ilin sinqlları