Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası — İran azərbaycanlılarının milli hüquqlarını müdafiə edən təşkilatların birliyi.
Tarixi və ideologiyası 2025-ci ildə Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası yaradılmışdır. Bu təşkilat həm İran azərbaycanlılarının, həm də İranın digər türk icmalarının (Qaşqay Türkləri, Güney Türkmənistan, Xorasan Türkləri və s) hüquq və azadlıqlarını müdafiə edir. 15 avqust 2025-ci ildə Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası Azərbaycan və Ermənistan arasında imzalanmış sülh bəyannaməsi nəticəsində anti-türkçü qüvvələrin uduzduğunu qeyd etmiş, Qafqaz xalqlarının, Türk dünyasının, xüsusilə də Güney Azərbaycanın inteqrasiyasının sürətlənməsini arzu etmişdir.
Əməkdaşlıq Şurası İran etirazlarını dəstəkləmişdir.
Tərkibi Azərbaycan Demokrat Firqəsi – ADF Azərbaycan Mərkəz Partiyası – AMP Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş Azərbaycan Öyrənci Hərəkatı – AZOH Güney Azərbaycan Cümhuriyyət Partiyası – ACP Güney Azərbaycan Demokrat Partiyası – GADP Güney Azərbaycan İstiqlal Partiyası – GAİP Güney Azərbaycan Milli Dövlət Alyansı– MDA Güney Azərbaycan Qurtuluş Partiyası – GAQP
İstinadlar
Kateqoriya:Cənubi Azərbaycan siyasi təşkilatları