Müqəddəs Məryəm kilsəsi ( — Belçikanın Brügge şəhərində yerləşən XII—XIII əsrlərə aid Roma-Katolik kilsəsi. Tarixi Kilsə 3 əsr ərzində (XII—XIII, XIV) inşa edilib. Kilsənin 115.6 metr hündürlüyündə olan qülləsi hələ də şəhərin ən hündür binası və dünyanın üçüncü ən hündür kərpic qülləsidir. Kilsə, xarici hissədə 1270–1280-ci illərdə inşa edilmiş uçan dayaqları ilə Qotika üslubunu nümayiş etdirir. Nefin içərisində çarpaz tağlar və qara-ağ plitələrlə örtülü döşəmə var. İçəridə yan keçidlər və xor hissəsi Barokko üslubunun zəngin bəzəkli xüsusiyyətlərini göstərir. Kilsədəki şapel 1482-ci ildə şəhərin ən varlı sakini Lüdovik van Qruthus üçün onun şəxsi ibadət sahəsi kimi yaradılıb.

Yüksək altarın arxasındakı xor hissəsində Burqundiya hersoqu Cəsarətli Karlın və onun qızı Mariyanın məzarları yerləşir. Həm ata, həm də qızın qızıl bürüncdən hazırlanmış effigiyaları qara daş üzərində uzun şəkildə yerləşir. Hər ikisi tacla təsvir edilib və Karl tam zirehli geyimdə və Qızıl Xəz Ordeninin dekorasiyası ilə təsvir olunub. Mariyanın geyimi və bəzəkləri Qotika üslubuna uyğundur və daşın ətrafında bir şəcərə var. Məzarın üstündə şüşə var ki, bu da divarlardakı freskaların yuxarıdan görünməsinə imkan verir. Məzarın yaradıcısı Yan Bormandır. Antverpendəki monastrın ingilis qurucusu Mariya Lovel 1628-ci ildə yüksək altarın yanında dəfn edilib. O, şəhərdə başqa bir monastr qurmağa çalışarkən burada vəfat edib.

Cənub girişindəki ibadətgah XVI əsrdə Barokko üslubunda yaradılıb və kilsənin ən məşhur sənət xəzinəsini saxlayır, Burada Mikelancelo tərəfindən təxminən 1504-cü ildə yaradılmış ağ mərmər Məryəm və Uşaq heykəli yerləşir. Mikelancelo sağ ikən bu heykəl İtaliyadan çıxarılan yeganə heykəl idi. Heykəl iki dəfə qarət edildikdən sonra bərpa edilib. O, 1794-cü ildə Fransa inqilabçıları və 1944-cü ildə Nasist Almaniyası tərəfindən oğurlanıb. Mikelancelo heykəlinin yaxınlığında Françesko de Haveskerke kimi mühüm Bruges sakini dəfn edilib. O, həyat yoldaşı ilə birlikdə heykəlin sağ tərəfində yerləşən Haveskerke ailəsinin qara məzar daşında dəfn olunub. Qalereya Xarici görünüşü

İç hissəsi

İncəsənət nümunələri

İstinadlar

Ədəbiyyat . . .

Xarici keçidlər Official website of the Church of Our Lady, Bruges