Mirzəyev Teymur İsmayıl oğlu () — azərbaycanlı mühəndis, Əməkdar mühəndis, böyük neft, qaz və su kəmərləri layihələrinin rəhbəri.
Həyat və fəaliyyəti Teymur Mirzəyev 1927-ci il avqustun 11-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası İsmayıl Mirzəyev Gəncə şəhərində bəy nəslindən olub və 1937–1938-ci illərdə sovet repressiyalarının qurbanı olmuşdur. Ailə 1959–1960-cı illərdə bəraət almışdır. Teymur Mirzəyev 1948-ci ildə orta məktəbi bitirmiş, 1954-cü ildə Bakı Dövlət Universitetini mühəndislik ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurmuşdur. Əmək fəaliyyətinə 1954–1955-ci illərdə təyinatla Qroznı şəhərində texniki işçi kimi başlamış, sonra mühəndis kimi davam etdirmişdir. 1962–1963-cü illərdə SSRİ Neft və Qaz Sənayesi Nazirliyinin tabeliyində olan Səngəçal tikinti idarəsində mühəndis vəzifəsində çalışmışdır. 1966-cı ildə Nazirliyin Rostov şəhərində yerləşən Cənub neft-qaz kəmərinin tikinti idarəsinin rəisi təyin olunmuşdur. 1970-ci ildə Bakıda yerləşən Ümumittifaq Regional Cənub Neft, Qaz və Su Kəmərləri Tikintisi Baş İdarəsinin rəisi təyin edilmişdir. Həmin il, 27 sentyabr tarixində Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 390 nömrəli fərmanı ilə, Kür–Abşeron su kəmərinin birinci növbəsinin uğurla başa çatdırılmasına görə təltif olunmuşdur.
Kür–Abşeron su kəmərinin uğurla tamamlanmasından sonra, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Ümumittifaq Cənub Regional İdarəsinin Bakı şəhərində yerləşməsi təmin olunmuş və Teymur Mirzəyev həmin idarəyə rəhbər təyin olunmuşdur. Onun rəhbərliyi ilə Bakı–Batumi, Bakı–Yevlax–Xankəndi, Bakı–İran–Naxçıvan kimi iri qaz boru kəmərləri layihələri həyata keçirilmişdir. 1970–1974-cü illərdə Yevlax–Gorus–Naxçıvan magistral qaz kəməri çəkilmiş və Naxçıvanın qazla təminatı təmin olunmuşdur.
1975-ci ildə Hacıqabul rayonunun Atbulaq kəndində yerləşən "Kalmaz" Qaz Saxlama Stansiyasının tikintisi tamamlanmış və Bakı da daxil olmaqla 40-dan çox rayon qazla təmin edilmişdir.
Mirzəyevin rəhbərlik etdiyi regional idarə həmçinin SSRİ və xarici ölkələrdə – Rusiya, Gürcüstan, Ermənistan, İran, İraq və Suriya kimi dövlətlərdə həyata keçirilən boru kəmərləri layihələrində də iştirak etmişdir.
Təltifləri 27 sentyabr 1970 tarixində Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 390 nömrəli fərmanı 13 sentyabr 1976 – SSRİ Ali Soveti Rəyasət Heyətinin 147 nömrəli fərmanı ilə fəxri fərmana layiq görülmüşdür. 1980-ci ilin sentyabrında – "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan mühəndisləri