Heliomaster furcifer (Mavi kəkilli ulduzboğaz) — "Trochilinae" yarımfəsiləsinin "Lampornithini" tayfasına aid olan "dağ zümrüd" kolibrilərinin bir növü.HBW and BirdLife International (2020) Handbook of the Birds of the World and BirdLife International digital checklist of the birds of the world Version 5. Available at: http://datazone.birdlife.org/userfiles/file/Species/Taxonomy/HBW-BirdLife_Checklist_v5_Dec20.zip [.xls zipped 1 MB] retrieved 27 May 2021Remsen, J. V., Jr., J. I. Areta, E. Bonaccorso, S. Claramunt, A. Jaramillo, D. F. Lane, J. F. Pacheco, M. B. Robbins, F. G. Stiles, and K. J. Zimmer. Version 31 January 2022. Species Lists of Birds for South American Countries and Territories. https://www.museum.lsu.edu/~Remsen/SACCCountryLists.htm retrieved 1 February 2022
Təsvir
"Heliomaster furcifer" 12,6–13 sm uzunluğunda və 5–6,5 qram çəkisindədir. Hər iki cinsin uzun, əyilmiş qara dimdiyi və göz arxasında kiçik ağ ləkəsi var. Hər ikisinin çəltikli quyruğu var, lakin dişilərin quyruğu erkəklərin quyruğundan daha az dərin çəltiklidir. Çoxalma dövründə erkəklərin zümrüd yaşılı tacı, ensəsi və üst beli var, qalan üst hissələri parlaq mis yaşılı rəngdədir. Boğazı parlaq bənövşəyi rəngdədir. Alt hissəsi və boynun yan tərəflərindəki uzun lələklər ultramarin parıltılıdır. Quyruğun üst tərəfi tünd yaşıl, alt tərəfi isə mavi-yaşıl rəngdədir. Çoxalma dövründə olmayan erkəklər dişilər kimi alt tərəfdən boz rəngdədir. Dişilərin üst hissəsi mis yaşılı rəngdədir. Boğaz və alt hissəsi boz rəngdədir, qarın hissəsində ağ xətt və yan tərəflərində yaşıl ləkələr var. Quyruğun üst tərəfi tunc yaşılı rəngdədir və mərkəzi lələklərin ucları qaradır. Alt tərəfi parlaq mavi-yaşıl rəngdədir və xarici lələklərin ucları ağdır.Schuchmann, K.L., P. F. D. Boesman, and G. M. Kirwan (2020). Blue-tufted Starthroat (Heliomaster furcifer), version 1.0. In Birds of the World (J. del Hoyo, A. Elliott, J. Sargatal, D. A. Christie, and E. de Juana, Editors). Cornell Lab of Ornithology, Ithaca, NY, USA. https://doi.org/10.2173/bow.bltsta2.01 retrieved 14 May 2022
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Kolibrilər Kateqoriya:Argentina quşları