Megaponera analis — Megaponera cinsinin yeganə növü. Onlar tamamilə termit yeyən qarışqa növüdür ki, Afrikanın tropik ərqzilərində geniş yayılıblar. Onlar termit ovçuları kimi tanınırlar, hücum edərkən sütun kimi basqın formasından istifadə edirlər. Mürəkkəb basqın davranışına görə onlara 1800-ci illərdə Afrikada müxtəlif digər qəbilələri üstələyən qəddar döyüşçülər olan Matabele qəbiləsinin şərəfinə Matabele qarışqası adı verilib. Bəzi fərdlər uzunluğu 25 millimetrə (0,98 düym) qədər çatan M. analis, dünyanın ən böyük qarışqalarından biridir. Megaponera analisin yarımnövləri Afrikada çox geniş yayılmasına görə, hazırda tanınanlardan daha çox M. analis yarımnövnün olması ehtimalı var. Bunlardan bəziləri bioloji növ statusu ala bilər.
M. analisin hazırda tanınan beş yarımnövü aşağıdakılardır: M. analis subsp. amazon (Santsçi, 1935): Efiopiya M. analis subsp. crassicornis (Gerstäcker, 1859): Mozambik M. analis subsp. rapax (Santsçi, 1914b): Tanzaniya M. analis subsp. subpilosa (Santsçi, 1937): Anqola M. analis subsp. termitivora (Santsçi, 1930): Demokratik Konqo Respublikası
Ümumi təsviri İşçi qarışqaların ölçüsü 5–18 millimetr arasında dəyişir, daha böyük işçilər koloniyanın 50 faizini təşkil edir. Daha böyük qarışqaların da ana kimi kimi fəaliyyət göstərdiyi tez-tez irəli sürülsə də, onlar heç vaxt məhsuldar yumurta qoyduqları müşahidə edilməyib, bu funksiya yalnız kraliçaya məxsusdur. M. analis tez-tez böyük və kiçik kasta ilə dimorfik adlandırılsa da, onlar əslində işçi ölçülərində polifazik allometriya nümayiş etdirirlər. Qarışqalar arasındakı dəyişikliklər əsasən ölçüdə və tükdədir (kiçiklərin daha azı var), baxmayaraq ki, mandibulalarda da fərqlər müşahidə edilib, kiçiklərin böyüklərlə müqayisədə daha hamar mandibulaları var. Qalereya Mirmekofillər arasında qısa qanadlı stafilinid böcəkləri aşkar edilib (Staphylinidae): Atheta (s.l.), Degalliera megaponerae, Degalliera peetersi, Ponerilla hoelldobleri, Ponerilla megaponerae, Rhoptrodinarda arnoldi, Rhoptrodinarda clavigera.
İstinadlar
Ədəbiyyat
MacKay, W. P.; MacKay, E. (2010). The systematics and biology of the New World ants of the genus Pachycondyla (Hymenoptera: Formicidae). — Lewiston, New York: Edwin Mellen Press, xii+642 pp.
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qarışqalar Kateqoriya:1802-ci ildə təsvir edilən həşəratlar