thumb|249x249px|Keçmiş Qüds Böyük Müftisi Əmin əl-Hüseyni və Adolf Hitler arasında baş tutmuş görüş. 28 noyabr 1941-ci il. İsrail dövlət başçısı Benyamin Netanyahunun bu fotoşəklə həddindən artıq çox diqqət cəlb etməsi Holokost tarixçiləri tərəfindən tənqid olunmuşdur.
Ərəb dünyası–Nasist Almaniyası münasibətləri — 1930–1945-ci illərdə Adolf Hitlerin rəhbərlik etdiyi nasist Almaniyası ilə ərəb ölkələri və ərəb icmaları arasında formalaşmış siyasi, ideoloji və praktiki əlaqələr sistemi. Bu münasibətlər bir tərəfdən nasist rejiminin imperialist və antisemit ideologiyası, digər tərəfdən isə ərəb dünyasının müstəmləkəçilik əleyhinə hərəkatları, milliyyətçi çağırışları və regional ambisiyaları fonunda inkişaf etmişdir. Sözügedən münasibətlər laqeydlik, qorxu, düşmənçilik, qarşıdurmaI Gershoni, J Jankowsi "Confronting Fascism in Egypt" (Stanford University Press, 2009) https://www.sup.org/books/middle-east-studies/confronting-fascism-egypt Line Khatib Quest for Democracy: Liberalism in the Modern Arab World (Cambridge University Press, 2023) və kollaborsionizmdənCopeland, Miles. The Game Player: Confessions of the CIA's original political operative. 1989. p. 181. "Most of them (the Nazis) were also anti-Arab, although they had the wit to conceal that fact." ibarət geniş bir spektrdə dəyişirdi. Qarşıdurma baxımından, ərəb intellektual elitası nasizmi totalitar, irqçi, antisemit və imperialist bir fenomen kimi qəbul etmiş, ona çox tənqidi yanaşırdı. Nasizm həm liberallar, həm də marksistlər və solçu milliyyətçilər tərəfindən imperializmin başqa bir forması kimi qınanırdı.
Nasist Almaniyasının ərəb xalqlarına münasibəti rəsmi irqi nəzəriyyələrin onlara qarşı mənfi münasibətinə baxmayaraq, situativ siyasi maraqlar əsasında dəyişkən olmuşdur. Rəsmi nasist ideologiyası ərəbləri "ari" irqindən aşağı sayırdı, lakin Üçüncü Reyx geosiyasi maraqları çərçivəsində, xüsusilə Britaniya imperiyası və Fransa kimi ərəb dünyasında müstəmləkələri olan müttəfiq dövlətlərə qarşı ərəb dünyasında dəstək qazanmağa çalışmışdır. Odur ki, bəzi ərəb və müsəlman liderlər üçün nasistlərin müstəmləkəçi imperiyalara qarşı düşmənçiliyi əməkdaşlıq üçün bir fürsət təklif edirdi. Əmin əl-Hüseyni də daxil olmaqla Adolf Hitlerin bəzi ərəb liderləri ilə şəxsi və siyasi əlaqələri bu siyasətin praktik təzahürləri kimi təhlil olunur. Bu düşmənçilik nasist təbliğatında Almaniyanın anti-kolonial ümumi maraqları olduğu iddiasını irəli sürmək üçün istifadə olunurdu, lakin bu maraqlar ərəb dünyasında müstəmləkələri olan müttəfiqləri – Franko İspaniyası, Vişi Fransası və Faşist İtaliyası ilə ziddiyyət təşkil edirdi və buna görə də regionda rəqabətli maraqları idarə etməli idi.
Müxtəlif nasist rəsmiləri, o cümlədən Yozef Gebbels və Henrix Himmler bəzi ərəb liderləri ilə görüşlər keçirmiş və müəyyən hallarda onları "fəxri ari" statusu ilə təltif etmişdilər. Əmin əl-Hüseyni və Rəşid Əli əl-Geylani kimi şəxslər nasistlərin strateji müttəfiqlərinə çevrilmiş, onların yardımı ilə islam dünyasında antisemit və antimüstəmləkəçilik mövqelərinin gücləndirilməsinə çalışmışlar. Bununla belə, bu əlaqələr daha çox taktiki xarakter daşıyırdı və nasist rəhbərliyi ərəbləri bərabərhüquqlu tərəfdaşlar kimi yox, faydalı alətlər kimi dəyərləndirirdi. Məsələn, Britaniya–İraq müharibəsində "Qızıl meydan" adında Rəşid Əli əl-Geylaninin rəhbərlik etdiyi dörd generaldan ibarət siyasi klik İraqda Britaniya tərəfdarı Abdullah ibn Əli əl-Haşiminin regentliyini devirmiş, Ox dövlətləri tərəfdarı hökumət qurmuşdur, lakin bu hökumət Britaniya qüvvələri tərəfindən, əsasən xristian aysorlardan və sünni kürdlərdən ibarət lokal çağırışçı qüvvələrinin köməyi ilə tezliklə devrilmişdir.Nafi, Basheer M. "The Arabs and the Axis: 1933–1940". Arab Studies Quarterly, Vol. 19, Issue 2, Spring 1997Churchill, Winston (1950). The Second World War, Volume III, The Grand Alliance. Boston: Houghton Mifflin Company, p. 234; Kurowski, Franz (2005). The Brandenburger Commandos: Germany's Elite Warrior Spies in World War II. Mechanicsburg, Pennsylvania: Stackpole Book. , 10: p. 141
Şəxsi söhbətlərdə Adolf Hitler və Henrix Himmlerin islamı həm din, həm də siyasi ideologiya kimi təriflədikləri, onu xristianlıqdan daha intizamlı, militarist, siyasi və praktik bir din forması kimi təsvir etdikləri və Məhəmmədin siyasi və hərbi liderlik bacarıqlarını təqdir etdikləri qeydə alınmışdır.Hitler's apocalypse: Jews and the Nazi legacy, Robert S. Wistrich, Weidenfeld & Nicolson, 17 Oct 1985, p. 59 Buna zidd olaraq, ehtimal olunur ki, yalan istinadlar da mövcuddur. Əmin əl-Hüseyni müharibədən sonrakı xatirələrində Qottlob Bergerin Osmanlı imperiyasına dair islam ilə bağlı simpatik xarakter daşıyan ifadəsini yanlışlıqla Himmlerə aid etmiş ola bilər, çünki bir SS zabitinin əvvəlki müsahibəsi Bergerin bu ifadəni verdiyini təsdiqləmişdi. Hitlerin vəziyyəti daha mübahisəlidir. Tarixçi Mikael Nilsson qeyd etmişdir ki, bu ifadələrin çoxlarının mənbəyi Hitlerin masa söhbətləridir. Bunlar Bormann və onun işçiləri tərəfindən adətən hadisə baş verəndən ertəsi gün yazılmış və müharibədən sonra daha da redaktə edilmiş qeydlərdir. Bormann bu qeydləri öz görüşlərinə uyğunlaşdırmaq üçün ciddi şəkildə dəyişdirirdi və sübutlara görə, Hitlerin arxasınca xristianlıq əleyhinə gündəmini həyata keçirməyə hazır idi. Qeydləri yazmaqla məşğul olanlar Henri Piker və Henrix Heym idi. Piker hətta Bormannın ona eşitmədiyi ifadələri daxil etməyə məcbur etdiyini qeyd etmişdi və Heymin fəaliyyəti də oxşar idi. 1951-ci ildə buraxılmış nəşrin naşirlərindən biri olan Ritter Hitlerin Barbarossa əməliyyatını təsvir etmək üçün istifadə etdiyi "səlib yürüşü" sözünü belə silmişdi. Masa söhbətlərinin çoxuna sahib olan Fransua Jenod onları daha da təhrif etmişdi. Onun "Hitlerin siyasi vəsiyyəti"ni saxtalaşdırdığı aşkarlanmışdı və burada öz gündəminə görə ərəb tərəfdarı və antikolonial ifadələri Hitlerə aid etmək üçün motivasiya olunmuşdu.
Nasist Almaniyasının ərəb dünyasında həyata keçirdiyi təbliğat kampaniyaları antisemitizmin təşviqi və müstəmləkəçilik əleyhinə ritorika ətrafında qurulmuşdu. Berlin və Bari radioları vasitəsilə yayımlanan ərəbdilli proqramlar "Quran" ayələrindən istifadə edərək yəhudilərin əleyhinə çağırışlar edir, Hitleri Qərbin imperializminə qarşı mübarizədə müttəfiq kimi təqdim edirdi. Buna baxmayaraq, son tədqiqatlar göstərmişdir ki, bu təbliğatın effektivliyi məhdud olmuş, ərəb dinləyicilərinin əksəriyyəti daha çox Qahirə, London və Qüds kimi digər radioyayım stansiyalarına qulaq asmağa üstünlük vermişdir. Müharibədən əvvəl Yaxın Şərqdə lokal alman diasporu tərəfindən kiçik nasist partiya şöbələri qurulmuşdu. 1941-ci ilin iyununda Vermaxt Ali Komandanlığının 32 saylı direktivi və "Xüsusi Ştab F üçün təlimatlar" Xüsusi Ştab F-ni ərəb dünyasına təsir edən bütün məsələlər üçün Vermaxtın mərkəzi orqanı kimi təyin etmişdir."German Exploitation of Arab Nationalist Movements in World War II" by Gen. Hellmuth Felmy and Gen, Walter Warlimont, Historical Division, Headquarters, United States Army, Europe, Foreign Military Studies Branch, 1952, p. 11, by Gen. Haider Nasist Almaniyası və Faşist İtaliyası Britaniya–İraq müharibəsi zamanı "Qızıl meydan"ın Ox dövlətləri tərəfdarı qüvvələrinə rəsmilər və hərbi avadanlıq göndərmişdir. Bu, İkinci Dünya müharibəsinin daha geniş Yaxın Şərq cəbhəsinin bir hissəsi idi.
Nasist Almaniyasının antisemit və irqçi siyasəti ərəbəsilli insanlara qarşı da yönəlmişdir. Avropada yaşayan ərəb tələbələr, həkimlər və əməkçilər nasist repressiyalarına məruz qalmış, həbs edilmiş, zorakılığa uğramış və bəzi hallarda ölüm düşərgələrinə göndərilmişdir. Əlcəzairli, mərakeşli və misirli şəxslər də daxil olmaqla 450-dən çox ərəbəsilli insan müxtəlif nasist düşərgələrində saxlanılmış, onların beşdə biri həyatını itirmişdir. Bununla yanaşı, Məhəmməd Helmi kimi fərdi ərəb şəxslər yəhudiləri xilas edərək "Dünya xalqları ədalətliləri" kimi tanınmışlar.
Ərəb ölkələrində nasizmə münasibət birmənalı olmamışdır. Misirdə və Əlcəzairdə bir çox intellektual, jurnalist və dini lider nasist ideologiyasını tənqid etmiş, onu islam dəyərlərinə və bəşəri əxlaqa zidd hesab etmişdir. "Əl-Əhram", "ər-Risalə", "Əl-Hilal" kimi nəşrlərdə nasist rejiminin aqressiyası, antisemitizmi və totalitarizmi sərt şəkildə pislənmişdir. Taha Hüseyn, Əhməd Həsən əz-Zəyyat kimi mütəfəkkirlər bu ideoloji hücumlara qarşı aydın mövqe ortaya qoymuşdular. Əlcəzairdə və digər Şimali Afrika ərazilərində yaşayan ərəb icmaları nasistlərin və Vişi rejiminin yəhudilərə qarşı siyasətinə birmənalı şəkildə qarşı çıxmışdır. Əlcəzair müsəlman elitası yəhudilərin hüquqlarının pozulmasına etiraz etmiş, müsadirə olunan əmlakın geri qaytarılmasını və yəhudi–müsəlman həmrəyliyini müdafiə etmişdir. Bir çox müsəlman din xadimi, ictimai xadim və müqavimətçi yəhudiləri gizlətmiş və qorumuş, bəzi hallarda isə bu səbəbdən nasist düşərgələrinə göndərilmişdir.
Bununla belə, müstəmləkəçilikdən əziyyət çəkən bəzi ərəb milliyyətçiləri nasist Almaniyasına potensial xilaskar kimi baxmışdır. İkinci Dünya müharibəsinin əvvəlində bəzi ərəb şəhərlərində "Allah göydə, Hitler yerdədir" kimi şüarlar səsləndirilmiş, Hitlerə qarşı simpatiya ifadə olunmuşdur. Bu tendensiya daha çox Britaniya və Fransa əleyhinə siyasi narazılıqlarla əlaqədar olmuş, nasizmin ideoloji əsaslarından çox, onun Qərb müstəmləkəçiliyinə alternativ kimi görünməsi ilə izah olunmuşdur. Ərəb–nasist münasibətləri kontekstində Əmin əl-Hüseyninin rolu xüsusilə mübahisəlidir. O, Hitlerin, Himmlerin və Eyxmanın yaxın çevrəsi ilə əlaqə saxlamış, Bosniyada SS diviziyalarının yaradılmasında vasitəçilik etmiş və yəhudilərin Fələstinə köçürülməsinin qarşısını almağa çalışmışdır. Onun "Son həll" planından xəbərdar olub-olmaması müasir tarixşünaslıqda müzakirə mövzusudur. Əl-Hüseyni sonradan bütün ittihamları rədd etmiş və özünü haqsız yerə günahlandırılmış şəxs kimi təqdim etmişdir.
Mövzu ilə bağlı son tədqiqatlar ərəb dünyasında nasist Almaniyasına münasibətin ideoloji yox, çox zaman taktiki və lokal səbəblərlə müəyyən edildiyini göstərmişdir. Ərəb dünyasında antisemitizmin artması, nasist təbliğatının real təsiri və yerli cəmiyyətlərin yəhudilərlə münasibətləri mürəkkəb və kontekstual yanaşma tələb edən məsələlər olaraq qalır. Bu münasibətlər eyni zamanda, Holokost və antikolonial mübarizə tarixçiliyinin kəsişdiyi bir nümunə qiymətləndirilmişdir.
Nasistlərin mövqeyi
Nəzəri fikirlər thumb|Əmin əl-Hüseyni və boşnakəsilli Vaffen-SS qoşunları. 1943-cü ilin noyabrı.
Adolf Hitlerin islam haqqında müsbət fikirlər səsləndirmiş olduğu iddia edilir. Buna nümunə kimi o, iddialara görə, demişdir ki, "islam xalqları həmişə bizə, məsələn, Fransadan daha yaxın olacaq". Bu ifadə "Hitlerin siyasi vəsiyyəti"ndən gəlir və saxta olduğu sübut edilmişdir. Müharibə zamanı Əmin əl-Hüseyni ilə əlaqədə olan isveçrəli nasist tərəfdarı Fransua Jenod, bu qeydləri Valter Funkdan əldə etdiyini söyləmiş, lakin heç kəsə göstərməmiş və 1978-ci ildə nəşr etmiş və Martin Bormanna aid etmişdir. Almanca orijinalının harada olduğu barədə soruşduqda onları artıq vəfat etmiş Funka qaytardığını və onun bunları məhv etdiyini iddia etmişdir. Bundan əlavə, Almaniya sosioloqu Eduard Baumqartenin müsahibə aldığı dörd şəxs Funkun fürerbunkerdə olmadığını açıq şəkildə bildirmişdir. Həmçinin, sənəddə qeyri-mümkün hadisələr, fransız dilindən almancaya redaktənin baş verdiyinə dair sübutları və bütün mövcud şəhadətlərlə təkzib edilən yoxlanılmamış hadisələr var idi. Jenod ərəb terrorizmi ilə əlaqələri səbəbindən Hitlerə ərəb və islam tərəfdarı ifadələri aid etmək üçün şəxsi motivlərə malik idi. Nilsson qeyd etmişdir ki, o, "Hitlerin siyasi vəsiyyəti"nin saxta olduğunu sübut etmişdir. Jenod həmçinin, Hitlerin masa söhbətlərinin almanca əlyazmasını fransızcaya tərcümə edərkən mətni yenidən yazmaqla və Hitleri daha çox xristianlıq əleyhdarı göstərmək üçün "tamamilə yeni ifadələr əlavə etməkdə" günahkar bilinmişdi.
Hitlerin belə dediyi qeydə alınmışdır: