Divlərin kitabı — Qədim yəhudi və Manixeizm ənənələrinə əsaslanan, apokaliptisizm və əxlaqi mövzuya həsr edilən əsər. Bu baxımdan Yaradılış kitabı və Tanax ilə oxşardır. Hər iki kitab yer üzündəki pozğunluğun və günahın yayılmasını izah etməyə çalışır. Bu əsər tanrının "Nuh tufan"ını göndərməsini tamamilə əsaslandıran izah təqdim edir. Mətnin yazıldığı tarix təxminən eramızdan əvvəl II əsrə aiddir. Əsas məzmunu "Divlərin kitabı" Tanax kitabında və Yaradılış kitabının 1-4 ayələrindəki "Tanrı oğulları" və "İnsan qızları" hekayəsini daha geniş şəkildə təqdim edir. Hekayə mələklərin (müşahidəçilər olaraq tanınırlar) yer üzünə enərək insan qadınları ilə əlaqəyə girdikdə yaranan nəhənglər (Nefilimlər) haqqında məlumat verir. Bu mətn, yalnız mələklərin bu nigahdan kənar əlaqələri ilə yaranan Nefilimləri deyil, həm də bu əlaqələrin nəticələrini və tanrının bu hadisələrə cavab olaraq göndərdiyi mühakiməni detallı şəkildə təqdim edir. İnsan və mələk qarışığı olan Nephilimlər pozğunluğun yayılmasına səbəb olan canlılar hesab olunur. Müşahidəçilər olaraq adlandırılan mələklər, yer üzünə insanlara doğru yolu öyrətmək üçün göndərilmiş, lakin onlar insan qadınları ilə əlaqəyə girərək, qadağan edilmiş bilikləri yaymağa başlayıblar. Bu nəhənglərin və onların ataları olan müşahidəçilərin yaydıqları pozğunluq, yer üzündə böyük bir qarışıqlığa səbəb olub. Tanrı, bu günahkarları məhv etmək üçün "Nuh tufanı"nı göndərib. "Divlərin kitabı" Tanrının bu qərarının nə qədər əsaslı olduğunu izah edir.Barker, Margaret. (2005) . "The Origin of Evil," "The Cosmic Covenant," and "Postscript," in The Lost Prophet: The Book of Enoch and Its Influence on Christianity . London: :en:SPCK; :en:Sheffield Phoenix Press. pp. 33-48, 77-90, 105-113. Mani variantı Mani variantı Qumranda tapılan varianta versiyaya bənzəyir. O, yalnız Maninin ilahi hekayəsinə uyğunlaşdırılıb. Göydən enmiş mələklər burada, dünya qurulanda yerləşdirildikləri səmadakı həbsxanalarından qaçan arxontik cinlərdir. Onlar qısa bir üsyana səbəb olacaqdılar və bu müddətdə onlardan iki yüz nəfəri Yer üzünə qaçıb. Verilən adların çoxu sadəcə olaraq İran dilinə transliterasiya edilsə də, Ohyah və Hahyah Sam və Nəriman adlanır. Bu versiyada həmçinin Mikayıl, Əzrayıl, Cəbrayıl və İsrail ilə eyniləşdirilən dörd mələyin rəhbərlik etdiyi İşıq qüvvələrinin döyüşdə cinləri və onların övladlarını necə ram etdiyini izah edən nəticə vardır.Xaviant Haze, Ancient Giants: History, Myth, and Scientific Evidence from around the World, 2018, Simon and Schuster,

İstinadlar

Xarici keçidlər Translations of Manichean fragments of the Book of Giants Translations of Dead Sea Scrolls fragments of the Book of Giants Detailed discussion of contents of Book of Giants at Encyclopædia Iranica The Book of Giants- Manuscripts

Kateqoriya:Yaradılış mifləri Kateqoriya:Yəhudi mistikası Kateqoriya:Divlər Kateqoriya:Mifologiya qaralamaları Kateqoriya:Xristian terminologiyası Kateqoriya:İran mifologiyası