Con Lüis "Yan" Holl (; )John L. Hall // Brockhaus Enzyklopädie (нем.)John L. Hall // Munzinger Personen (нем.) — amerikalı fizik, Nobel mükafatı laureatı. O, Lazer əsaslı dəqiq spektroskopiya sahəsindəki töhfələrinə görə 2005-ci ildə Fizika üzrə nobel mükafatı alıb.
Həyatı Con Holl 21 avqust 1934-cü ildə ABŞ-də şəhər olan Kolorado ştatının inzibati mərkəzi Denver şəhərində anadan olub. O, Karnegi Texnologiya İnstitutunda üç pillə bitirmişdir: bakalavr (1956il), magistr (1958il) və elmlər doktoru (1961il). O, Milli Standartlar və Texnologiya Universitetində doktoranturadan sonrakı tədqiqatını tamamlayıb, 1962-ci ildən 2004-cü ildə təqaüdə çıxana qədər orada işləyib. 1967-ci ildən Boulderdəki Kolorado Universitetində mühazirələr də oxuyub.
Con Holl 2005-ci ildə Roy Qlauber və Teodor Henş ilə birgə "Yüksək dəqiqlikli lazer spektroskopiyasının inkişafına və optik tezlik standartlarında işığın dəyişməsinin dəqiq hesablanması texnikasına verdiyi töhfələrə görə" fizika üzrə Nobel mükafatı alıb.
Şəxsi həyatı Con Holl Karneqi Mellon Universitetinin məzunu olan Lindi (əsl adı Marilin Robinson) ilə evlidir. Onların Ceri, Con və Tomas adlı üç övladı var.
Mükafatları 1984-cü ildə — Tauns mükafatı 1991-ci ildə — Frederik Ayves medalı 2002-ci ildə — Maks Born Mükafatı 2005-ci ildə — Fizika üzrə Nobel Mükafatı
İstinadlar
Xarici keçidlər
CV and publication list National Institute of Standards and Technology (NIST) JILA U. S. Patent 6201638 Comb generating optical cavity that includes an optical amplifier and an optical modulator (John Lewis Hall) Hall's website Group photograph taken at [:en:[The International Conference on Lasers and Applications, Lasers 'XX|Lasers '92]] including, right to left, :en:Marlan Scully, :en:Willis Lamb, John L. Hall, and :en:F. J. Duarte. Interview of John L. Hall by David Zierler on May 19, 2020, Niels Bohr Library & Archives, American Institute of Physics
Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Amerikalılar