Kütüm küküsü — Azərbaycanın milli xörəklərindən biridir. Əsasən kütüm balığından hazırlanır. Abşeron və Azərbaycanın Lənkəran, Masallı, Səlyan, Neftçala rayonlarında daha çox bişirilir. Kütüm küküsü adətən sacda bişirilirdi. Texnologiyanın inkişafı ilə əlaqədar son illər daha çox qaz sobalarında, tavada da bişirilir.
Süfrətə narşərabla və ya limon suyu ilə verilir. Sumaq da istifadə etmək olar.
Lazım olan ərzaqlar
Hisə verilmiş kütüm – 200 q. Göy və ya baş soğan – 35 q. Keşniş – 15 q. Şüyüd – 10 q. Yumurta – 2 ədəd. Ağ çörək içi – 30 q. Ərinmiş yağ – 30 q. İstiot – zövqə görə. Duz – zövqə görə.
İstinadlar
Mənbə Salat və qəlyanaltılar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Balıq xörəkləri Kateqoriya: Kükülər