Rəhman Ağahüseyn oğlu Bədəlov () — Azərbaycan filosofu, mədəniyyətşünas, yazıçı, publisist, fəlsəfə elmləri doktoru, professor. Milli kimlik, vətəndaş cəmiyyəti, gender transformasiyası və Azərbaycanın Avropaya inteqrasiyası mövzularında gördüyü işlər ilə tanınır.

Həyatı Rəhman Bədəlov 28 may 1937-ci ildə Bakıda anadan olub. Politexnik İnstitutunu bitirmişdi. Ali təhsilinə görə inşaatçı-mühəndis olan R. Bədəlovun meyli daha çox humanitar sahəyə aid idi. Ədəbiyyatı, musiqini, kinonu nəinki sevir, peşəkarcasına dərindən duyurdu. Dostu Araz Dadaşzadənin atasının Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti Məmməd Arifin köməyi ilə ixtisası tamam başqa sahəyə aid olan R. Bədəlovun fəlsəfə üzrə namizədlik, sonra da doktorluq dissertasiyası müdafiə etməsinə imkan yarandı.

O, Fəlsəfə İnstitutunun "Diamat" şöbəsində çalışırdı. Həmin institutda Həsən və Zəfər Quliyevlər, onların məslək dostu Gündüz Sarıyev, Niyazi Mehdi, Əli Abbasov, Əbülhəsən Abbasov kimi şəxslərlə birgə çalışmışdı.

O, bir neçə kitabın, o cümlədən "Qəhrəmanlıq eposunun həqiqəti və bədiiliyi", "Birgə yaşayış və ya adamlar Demokratiya yoluna necə çıxdılar", "Zərdablı adam: kino üçün sənədli fantaziya" kitablarının və dörd yüzdən çox elmi, maarifləndirici və publisistik məqalələrin müəllifidir.

Rəhman Bədəlov 9 iyul 2025-ci ildə Bakıda uzun sürən onkoloji xəstəlik səbəbilə vəfat etmişdir.

Əsərləri

Правда и вымысел героического эпоса (). Bakı: Elm, 1983. Demokratiya haqqında üç dərs. Bakı: Tutu Uşaq Mədəniyyət Mərkəzi, 1999 (həmmüəllif). Birgə yaşayış və ya adamlar Demokratiya yoluna necə çıxdılar. Bakı: TUTU, 2001. Azərbaycanın Avropa seçimi: problemlər, perspektivlər (məqalələr toplusu) (). Bakı: Qanun, 2010. Человек из Зардоба: документальная фантазия для кино (). Bakı: Qanun, 2013. Ступени. Жизнь сообща или как люди пришли к демократии: 30 ступеней вверх или для чего нужны "права человека". Bakı: Qanun, 2014. Мужчина и Женщина: бесконечные трансформации. Bakı: Kitab Klubu, 2017. Публичный дневник (март-июнь, 2020 год). Bakı: Perqament, 2021. Мудрость смерти. Bakı: Perqament, 2021. Легко ли быть азербайджанцем? Диалоги с самим собой. Bakı: Perqament, 2022. Моя Пайдейя (). Bakı: Qanun, 2023. Гамида ханум и Мирза Джалил: жизнь и судьба (). Bakı: Qanun, 2025.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan filosofları Kateqoriya:Azərbaycanlı filosoflar Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Kulturoloqlar Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər