İranın Müvəqqəti Hökuməti (, roman.: Dowlat-e Movaqat-e Irân) — İran şahı olan Şahənşah Məhəmməd Rza Pəhləvi 1979-cu ilin yanvar ayında İrandan qaçdıqdan sonra İranda yaradılmış birinci hökumət. Müvəqqəti hökumətə İran Azadlıq Hərəkatının (FMI) üzvü olanReza Safa (2006). The Coming Fall of Islam in Iran: Thousands of Muslims Find Christ in the Midst of Persecution. Charisma Media. p. 78. ISBN 9781591859888. Mehdi Bazərgan rəhbərlik etmişdir və Xomeyninin 4 fevral 1979-cu il tarixli fərmanı ilə yaradılmışdır. 4-11 fevral 1979-cu il tarixləri arasında Bazərgan və Şapur Bəxtiyar arasında qanuni baş nazirin kim olması üstündə mübahisə olmuş, daha sonra isə Bəxtiyar fevral ayının 11-də ölkədən qaçmışdır.Mir M.Hosseini. «February, 5, 1979 A.D.: Bazargan Becomes Prime Minister ». The Iranian history article. Retrieved 17 July 2016. Mehdi Bazərgan müvəqqəti hökumətin baş naziri olaraq qalmış və 14 fevral 1979-cu ildə yeddi nəfərdən ibarət kabinetini təqdim etmişdir. İbrahim Yəzdi xarici işlər naziri seçilmişdir.Samih K. Farsoun, Mehrdad Mashayekhi (22 November 2005). Iran: Political Culture in the Islamic Republic. Routledge. p. 173. ISBN 9781134969470.
İran İslam Respublikasının Konstitusiyası 24 oktyabr 1979-cu ildə qəbul edilmişdir. Lakin yeni konstitusiya 3 dekabr 1979-cu ildə qüvvəyə minməzdən əvvəl, Amerika səfirliyinin ələ keçirilməsindən qısa müddət sonra hökumət noyabr ayının 6-da istefa vermişdir.Nikou, Semira N. «Timeline of Iran’s Political Events ». United States Institution of Peace. Retrieved 10 August 2013. Bazərgan hökuməti bu addıma qarşı çıxsa da, inqilabın lideri olan Xomeyni bunu dəstəkləmişdir. İslam İnqilabı Şurası 12 avqust 1980-ci ildə ilk İslam Şurası Məclisiinin formalaşmasına qədər olan dövrdə ölkənin hökuməti kimi fəaliyyət göstərmişdir. Bazərgan Tehranın nümayəndəsi kimi inqilabdan sonra seçilmiş birinci parlamentin üzvü olmuşdur.Mehdi Noorbaksh. «Mehdi Bazargan’s Biography ». Cultural Foundation of Mehdi Bazargan. Retrieved 16 July 2016.
Müvəqqəti hökumətin yaradılması
Ayətullah Xomeyni 15 illik sürgündən sonra İrana qayıdanda Mehdi Bazərganı müvəqqəti hökumətin başçısı təyin etmişdir.Bayram Sinkaya (19 June 2015). The Revolutionary Guards in Iranian Politics: Elites and Shifting Relations. Routledge. p. 79. ISBN 9781317525646. 4 fevral 1979-cu ildə Ruhullah Xomeyni Bazərganın “Müvəqqəti İslam İnqilabı Hökuməti”nin baş naziri təyin edilməsi haqqında fərman vermişdir.چرا و چگونه بازرگان به نخست وزیری رسید؟ Archived 13 April 2008 at the Wayback Machine The commandment of Ayatollah Khomeini for Bazargan and his sermon on 5 February.
Xomeyni fərmanını təfərrüatlarına girərək, iranlıların Bazərgana itaət etmələrinin əmr edildiyini və bunun dini bir vəzifə olduğunu açıq şəkildə bildirmişdir. Xomeyni daha sonra belə demişdir: «... Bu, adi bir hökumət deyildir. Bu, şəriətə əsaslanan bir hökumətdir. Bu hökumətə qarşı çıxmaq İslam şəriətinə qarşı çıxmaq deməkdir... Allahın hökumətinə qarşı üsyan qaldırmaq Allaha üsyan qaldırmaq deməkdir. Allaha qarşı üsyan qaldırmaq isə küfrdür.»Khomeini, Sahifeh-ye Nur, vol. 5, p. 31, translated by Baqer Moin in «Khomeini» (2000), p. 204.
Xomeyninin elanı Xomeyni tərəfdarları ilə Bəxtiyarın tərəfdarları arasında baş verən toqquşmalarda ordunun öz bitərəfliyini (Bəxtiyarın son ümidi) rəsmi olaraq elan etməsindən bir neçə gün əvvəl baş vermişdir. Ordunun dəstəyi olmadan hakimiyyətdə qala bilməyəcəyini başa düşən Bəxtiyar həmin gün, yəni fevral ayının 11-də rəsmi olaraq İran İslam İnqilabının Qələbə Günü kimi elan olunan gündə ölkədən qaçdı.
Müvəqqəti hökumət tez-tez İnqilab Şurasına “tabe olan” bir orqan kimi təsvir olunur; o, hakimiyyətinə rəqib olan çoxsaylı komitələrin idarə edilməsində də çətinliklər yaşayırdı.Said Amir Arjomand. «The Turban for the Crown: The Islamic Revolution in Iran», (1988), p. 135.
Nazirlər Kabinetinin üzvləri
İranlı jurnalist Məhəmməd Ətayinin sözlərinə görə, Bazərganın kabineti iki əsas fraksiyadan ibarət idi: mötədillər və radikallar.Ataie, Mohammad (Summer 2013). «Revolutionary Iran’s 1979 endeavor in Lebanon ». Middle East Policy. XX (2): 137—157. doi:10.1111/mepo.12026. Kabinet üzvlərinin əksəriyyəti “İran Azadlıq Hərəkatı” və “Milli Cəbhə” təşkilatlarının veteran-millətçiləri idilər.
Bazərgan bir neçə dəfə kabinetində dəyişikliklər etmişdi, çünki bəzi nazirlər paralel hakimiyyət strukturlarına nəzarət edə bilmədiklərinə görə istefa verirdilər. Bəzi hallarda nazirliklərə ya nazir səlahiyyətlərini icra edən şəxs, ya da birbaşa Bazərganın özü rəhbərlik edirdi.
Bazərganın kabinetinin üzvlərinin siyahısı
+ Kabinetin tərkibiNazirVəzifəsi Vəzifə müddəti Partiya mənsubiyyəti Baş nazirMehdi Bazərgan4 fevral 1979 — 6 noyabr 1979İran Azadlıq Hərəkatı Baş nazirin ictimaiyyətlə əlaqələr və idarəetmə üzrə müaviniAbbas Əmir-İntizam 13 fevral 1979 — avqust 1979 İran Azadlıq Hərəkatı Baş nazirin ictimaiyyətlə əlaqələr və idarəetmə üzrə müaviniSadiq Təbatəbai avqust 1979 — 6 noyabr 1970İran Azadlıq Hərəkatı Baş nazirin inqilabi işlər üzrə müaviniİbrahim Yəzdi 13 fevral 1979 — 12 aprel 1979İran Azadlıq Hərəkatı Baş nazirin inqilabi işlər üzrə müaviniMustafa Çamran Savehi 12 aprel 1979 — 29 sentyabr 1979 İran Azadlıq Hərəkatı Baş nazirin hakimiyyətin ötürülməsi məsələləri üzrə müaviniHaşim Sabbaqian 13 fevral 1979 — 20 iyun 1979 İran Azadlıq Hərəkatı Daxili işlər naziriƏhməd Sədr Hacı Seyid Cavadi 13 fevral 1979 — 20 iyun 1979 İran Azadlıq Hərəkatı Daxili işlər naziriHaşim Sabbaqian 20 iyun 1979 — 6 noyabr 1979 İran Azadlıq Hərəkatı
İstefası
Baş nazir Bazərgan və onun kabinetinin bütün üzvləri 4 noyabrda Tehrandakı ABŞ səfirliyinin bütün əməkdaşlarının girov götürülməsindən iki gün sonra – 1979-cu il noyabr ayının 6-da kütləvi şəkildə istefa vermişdir. Bazərgan Xomeyniyə ünvanladığı məktubda yazırdı: “... təkrar-təkrar müdaxilələr, narahatlıqlar, etirazlar və mübahisələrə görə mən və həmkarlarım vəzifələrimizi davam etdirə bilmirik ...”.
Bundan sonra hakimiyyət İnqilab Şurasının əlinə keçmişdir. Bazərgan teokratik rejimin deyil, ilkin inqilabi konstitusiya layihəsinin tərəfdarı idi və onun istefası Xomeyni tərəfindən etirazsız qəbul edilmişdir. Xomeyni demişdir: “Cənab Bazərgan bir qədər yorğundur və siyasi proseslərdən bir müddət kənarda qalmağı üstün tutmuşdur...”. Daha sonra Xomeyni Bazərganın təyinatını “səhv” adlandırmışdır.Michael Axworthy. «Revolutionary Iran: A History of the Islamic Republic», (2016), p. 169. Bazərgan isə öz hökumətini “qınsız bıçaq” kimi – yəni heç bir təsir və səlahiyyəti olmayan bir hakimiyyət – adlandırmışdır.Lynn Berat (1995). Between States: Interim Governments in Democratic Transitions. Cambridge University Press. p. 132. ISBN 978-0-521-48498-5.
İstinadlar
Kateqoriya:Yaxın Şərqdə tarixi dövlətlər Kateqoriya:İran tarixi Kateqoriya:Müvəqqəti hökumətlər