Rüstəm Qasimi (; ) — İranlı hərbçi və siyasətçi. O, 2011-ci il avqust ayının 3-dən 2013-cü il avqust ayının 15-nə qədər neft sənayesi naziri, 25 avqust 2021-ci ildən 22 noyabr 2022-ci ilə qədər isə yollar və şəhərsalma naziri vəzifələrində işləmişdir.
Erkən həyatı və təhsili
Qasim 5 may 1964-cü ildə İranın Fars ostanının mərkəzi olan Şirazın Sərgah şəhərində anadan olmuşdur İş adamı və siyasətçi olan atası 1980-1988-ci illər arasında Fars ostanının rəhbəri vəzifəsində işləmişdir. Şərif Texnologiya Universitetini inşaat mühəndisliyi ixtisası üzrə bitirmişdir.
Karyerası
Qasimi 1979-cu ildə Xarg adasındakı İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) qoşulmuşdur. İran–İraq müharibəsi iştirakçısıdır. Müharibədən sonra İİKK-nin mühəndis-tikinti diviziyasının Buşehrdəki Xatəmül-Ənbiya qoşunlarına qoşulmuşdur. 1996-cı ildə o, İran İnqilabı Keşikçiləri Korpusu Donanmasının Nuh Bazasının rəisi təyin edilmişdir. Qasimi 2001-ci ildə qoşunların komandirinin müavini vəzifəsinə yüksəlmişdir.
2007-ci ildən 2011-ci ilə qədər, İran İslam İnqilabı Keşikçiləri Korpusunun tabeliyində olan Xatəmül-Ənbiya Tikinti Qərargahının rəhbəri olmuşdur. 2011-ci ilin avqust ayında hərbi xidmətdən təqaüdə çıxmışdır.
O, 2011-ci ildə siyasətə qədəm qoymuş və Mahmud Əhmədinejadın dövründə 2011-2013-cü illər arasında İranın neft sənayesi naziri və nəhayət, İbrahim Rəisinin rəhbərliyi altında 2021-2022-ci illər arasında İranın Yollar və Şəhərsalma naziri vəzifələrində işləmişdir.Iran revolutionary guards commander becomes new president of Opec , Saeed Kamali Dehghan, The Guardian, 3 avqust 2011
Ölümü
Qasimi 8 dekabr 2022-ci ildə 58 yaşında İranın Tehran şəhərində xərçəng xəstəliyindən vəfat etmişdir.
İstinadlar
Kateqoriya:İran hərbçiləri Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:İran nazirləri Kateqoriya:İran–İraq müharibəsi iştirakçıları Kateqoriya:Suriyada vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalları Kateqoriya:İranın kişi siyasətçiləri