Türk İstiqlaliyyət müharibəsi (), İstiqlaliyyət müharibəsi () və ya Milli Mübarizə () — Birinci Dünya müharibəsindən məğlub olaraq ayrılan Osmanlı imperiyasının Antanta qüvvələri tərəfindən işğalı nəticəsində Misaqi-Milli sərhədləri daxilində ölkənin bütövlüyü üçün başladılan çox cəbhəli siyasi və hərbi mübarizə.Harp Tarihi Dairesi Kitaplığı – Resmi Yunan Harp Tarihi (Küçük Asya Seferi, II. Cilt)Madeley, John T. S. and Zsolt Enyedi, Church and state in contemporary Europe: the chimera of neutrality , p. __, 2003 RoutledgeJean Baubérot The secular principle

Anadoluda türk milli mübarizəsi Mustafa Kamal Atatürk və yoldaşlarının Türkiyə Böyük Millət Məclisini qurması ilə özünün ən pik nöqtəsinə çatdı. ErmənistanTürkiyə, FransaTürkiyə, YunanıstanTürkiyə müharibələrindən sonra, bundan əvvəl Birinci Dünya müharibəsindən məğlub ayrılmış Osmanlı dövlətinin imzaladığı Sevr müqaviləsi qüvvədən düşdü. Əslində bu milli mübarizənin başlanmasının əsas səbəblərindən biri də Sevr müqaviləsi idi. Uğurlu hərbi əməliyyatlardan sonra Şərq cəbhəsindəki döyüşlərin nəticəsi kimi Qars müqaviləsi imzalandı (1921 oktyabr). 1922-ci il boyunca Mustafa Kamal Atatürkün rəhbərliyi altında aparılan hərbi əməliyyatlar tam uğurla yekunlaşdırıldı. Nəticədə 1923-cü ilin iyulunda Lozanna sülh müqaviləsi imzalandı. Antanta (Müttəfiqlər) Anadolunu və Şərqi Frakiyanı tamamilə tərk etdilər. Türkiyə Böyük Millət Məclisi 1923-cü ilin 29 oktyabrında Türkiyə Respublikasınının yaradıldığını elan etdi.Feldman, Noah, Fall and Rise of the Islamic State, Princeton University Press, 2008, p.2

Osmanlı imperiyasının uzun illər durmadan torpaq itirməsi və zəifləməsi nəticəsində Anadoluda Antanta qüvvələrinin işğal rejimi qurması buradakı türklərin böyük milli mübarizəsinə səbəb oldu. Bu mübarizənin nəticəsində Antanta qüvvələri Anadoludan çıxarıldı, Osmanlı imperiyası süqut etdi və Atatürk islahatları nəticəsində yeni modern, sekulyar Türkiyə dövləti yaradılmağa başladıldı. 1924-cü ilin 3 martında rəsmi olaraq Xəlifəlik ləğv edildi və son xəlifə sürgün edildi.Jacob M. Landau "Atatürk and the Modernization of Turkey" səh 57.Cleveland, William L & Martin Bunton, A History of the Modern Middle East: 4th Edition, Westview Press: 2009, s. 82. thumb|İtaliya zirehli gəmisi "RN Roma" (İstanbul, 1918)

Birinci Dünya müharibəsindən sonra Birinci Dünya müharibəsinə Almaniya ilə birlikdə girən Osmanlı dövləti Çanaqqala döyüşündəki uğurlu müdafiəyə, İraqda Qut-ül Amarədə Britaniya ordusunu mühasirəyə alıb, təslimə məcbur etməsinə və müharibənin son aylarında Qafqaz cəbhəsindəki uğurlara baxmayaraq, müharibənin son günlərində Fələstin cəbhəsində Edmund Allenbi rəhbərliyindəki Böyük Britaniya ordusuna qarşı Nablus döyüşündə ağır məğlubiyyətə uğramışdı. "İldirim Orduları qrupu"nun 18 sentyabr 1918-ci ildəki bu məğlubiyyətindən sonra Liman fon Sanders komandanlıqdan istefa etmiş və yerinə Sultan tərəfindən özünün yavəri olan (Yavəri-Fəxri Həzrəti-Şəhriyari) Mustafa Kamal Paşa təyin edilmişdi. Bundan sonra 1 oktyabr 1918-ci ildə Dəməşq, 16 oktyabrda Hama və Hümüs, 25 oktyabr 1918-ci ildə isə Hələb ingilis orduları tərəfindən tutuldu.Vahdettin, M. Kemal ve Milli Mücadele, yalanlar, yanlışlar, yutturmacalar, Turgut Özakman

Suriya cəbhəsinin çökməsindən sonra İttihad və Tərəqqi hökuməti 8 oktyabr 1918-ci ildə istefa etdi. Hökumətin rəhbərlərindən olan Tələt, Ənvər və Camal Paşalar xaricə qaçdılar. Ümumi əfv elan edilərək sürgün və həbsdəki müxaliflərin İstanbula gəlməsinə icazə verildi. 30 oktyabr 1918-ci ildə imzalanan Mudros müqaviləsi ilə Osmanlı hökuməti məğlubiyyəti qəbul etdi.Baskın Oran, ed., Türk Dış Politikası, İletişim Yay. 2001, C. I, sf. 146. Mudros müqaviləsinə görə, Antanta qüvvələrinin istədikləri yerləri tutmaq haqları var idi. 30 oktyabr 1918-ci ildə Mudros müqaviləsi imzalandığı zaman Mosul və ətrafı hələ də Əli İhsan Paşa komandanlığındakı türk qüvvələrinin əlində idi. Atəşkəs imzalandıqdan sonra britaniyalılar Mosul və Zaho bölgələrindəki xristianların toplu şəkildə qətl edildiklərini bəhanə edərək türk qüvvələrinin Mosulu tərk etməsini istədilər. Əli İhsan Paşa bu istəyi rədd etdi, lakin Suriya və Dəməşq cəbhəsində Mustafa Kamal Paşa komandanlığındakı İldırım Orduları qrupunun daha çox itki verməmək üçün Adanaya qədər geri çəkilməsi nəticəsində dəmiryolu təminat xətləri kəsilmişdi. İstanbul Hökumətinin də bu barədə əmr verməsindən sonra, Əli İhsan paşa Mosulu tərk edərək Nusaybinə geri çəkildi. Britaniya qüvvələri heç bir müqavimətlə qarşılaşmadan Mosula girdilər. İstanbuldan oxşar bir əmr Mustafa Kamal Paşaya Çukurova bölgəsini tərk etməsi üçün gəlsə də, Mustafa Kamal Paşa Adananı boşaltmamış və Hərbi Nəzarət İdarəsi ilə aralarında keçən teleqramlaşmada əmrin qanunsuz olduğuna görə onu yerinə yetirməkdən imtina etdiyini bildirmişdi. Hərbi Nəzarət İdarəsi onu vəzifəsindən kənarlaşdıraraq qərərgaha çağırdığında ordunun silahlarının bir hissəsini düşmən əlinə keçməməsi üçün xalqa paylamışdı. Bəzi silahlar isə Anadoluda istifadə edilmək üçün Təşkilati Məxsusə fədailəri tərəfindən daha təhlükəsiz olan Şərq Cəbhəsinə daşınmışdı. Mustafa Kamal Paşanın İstanbula dönməsindən sonra Əli Fuad Paşa, əmrindəki XX Ordu Korpusunu təchizatla birlikdə əvvəl Konyaya, sonrada Ankaraya gətirərək İstiqlal Müharibəsinin hazırlıqlarına başladı. Bu zaman Kazım Qarabəkir Paşa da əmrindəki XV Ordu Korpusunu buraxmamış və Ərzurumdakı döyüş üçün saxlamaqda idi.20. Yüzyıl Siyasi Tarihi – Fahir Armaoğlu, 5C

İstanbulun işğalı 6 noyabrda İstanbul boğazları silahsızlaşdırıldı. 7 noyabrda işğal qüvvələri Çanaqqaladan keçdi. 13 noyabr 1918-ci ildə Antanta dövlətlərinin 61 ədəd hərbi gəmidən ibarət donanması İstanbul limanına yanaşdı. Bu donanmada 15 döyüş gəmisi, 29 kruvazyor, 29 daşıyıcı və 6 sualtı gəmi var idi. Eyni gün İstanbul boğazından 11 hərbi gəmi ilə yunan donanması da İstanbula yanaşdı. 13 noyabrda Antanta dövlətlərindən 2.616 Birləşmiş Krallıq, 540 fransız və 470 italyan əsgəri olmaqla, ümumi 3.626 əsgər İstanbula çıxarıldı.Zekeriya Türkmen İstanbul’un İşgali ve İşgal Dönemindeki Uygulamalar (13 Kasım 1918 – 16 mart 1920) , ATATÜRK ARAŞTIRMA MERKEZİ DERGİSİ, Sayı 53, Cilt: XVIII, Temmuz 2002 23 noyabr 1918-ci ildə Əhmət İzzət Paşa yeni hökuməti qurdu. 9 fevralda "Hadisat" qəzetində Süleyman Nazif "Qara gün" başlıqlı yazı yazdı. Yazıda türk millətinin belə bir işğalı yaşamadığını və bunu həzm edə bilməyəcəyini bildirdi. Antanta dövlətləri türk xalqının təzyiqinə məruz qalmamaq və işğala haqq qazandırmaq üçün işğalın müvəqqəti olduğunu, məqsədinin Sultanlığı, Xilafəti və etnik azlıqları qorumaq olduğunu, Sultanlığın ləğv edilmədiyini və İstanbuldan verilən qərarların keçərli olacağını bildirdi. Əsası britaniyalılardan ibarət olan bir zabit və əsgər qrupu məclisə hücum edərək deputatları qovdu, məclis qapadıldı. Beləcə, TBMM açılana qədər də qapalı qaldı. Millətçi millət vəkilləri Maltaya sürgünə göndərildi. Bu vəkillərin bir qismi 1921-ci ildə, bir qismi də 19221923-cü illərdə Anadoluya geri döndülər.

Qüvayi-milliyə İttihad və Tərəqqi rəhbərliyinin gizli bir təşkilatı olan Təşkilati Məxsusə vasitəsilə Anadolu və Rumelidə müharibə sonrası bir müqavimət hərəkatı təşkil etdiyi aydın oldu.Sina Akşin, Ana Çizgileriyle Türkiye'nin Yakın Tarihi, s. 137. Müqavimətin məqsədi şərq bölgəsini ermənilərə, Egey bölgəsini yunanlara və Adana ətrafını Fransa idarəçiliyindəki Suriyaya verilməsini özündə ehtiva edən şərtlərə qarşı mübarizə idi. Bundan əlavə, müharibə illərində müxtəlif vasitələrlə yüksək sərvətə və yerli iqtidara qovuşan İttihad və Tərəqqi tərəfdarı zümrənin mövqelərinin qorunması, müharibə dövründə sürgün edilən qeyri-müsəlman Osmanlı əhalisinin geri dönməsinin qarşısını almaq, buna görə də yarana biləcək toqquşmalarda güclü olan tərəf olmaq istəyi idi.

1919-cu ilin əvvəllərindən etibarən Qüvayi-milliyə (Milli qüvvələr) adı ilə silahlanan bəzi qruplar, Egey və Qara dəniz bölgəsində rumlara, cənub-şərqdə isə ermənilərə qarşı toqquşmalara girdilər. Bu qrupların çoxu 50–200 arasında nizamsız olmaqla Təşkilati Məxsusə tərəfindən idarə olunan dəstələr idi. 1919-cu ilin fevral ayında müttəfiq işğal qüvvələri komandanı Edmund Allenbi Anadoluda təhlükəsizliyi təmin etmək və hələ də təslim olmamış olan Əli Fuad Paşa komandanlığında Ankarada olan XX və Kazım Qarabəkir Paşa komandanlığında Ərzurumda yerləşən XV Ordu korpuslarını təslim almaq üçün Britaniya ordusunun Suriya cəbhəsində Türk ordusunu necə qısa bir müddətə məğlub etməsini yaxşı bilən, üst rütbəli türk komandanının xüsusi səlahiyyətlərlə Anadoluya göndərilməsini təklif etdi. 15 may 1919-cu ildə "Anafartalar qəhrəmanı" və "Yavəri-Fəxri Həzrəti-Şəhriyari" (Sultanın fəxri yavəri) Mirliva Musafa Kamal Paşa IX Ordu Komandanı və Anadolu Ümumi Müfəttişi adı ilə Sultan VI Mehmed Vəhdəddin tərəfindən Anadoluya göndərildi. Kuva-yı Milliye'nin Askeri Açıdan Etüdü, Atatürk Araştırma Merkezi

İzmirin işğalı

İzmirin işğalı düşüncəsi 1919-cu ilin fevral ayında Yunanıstan baş naziri Venizelosun təklifi ilə Birləşmiş Krallığın baş naziri Lloyd Corc tərəfindən ortaya atıldı. İzmirin işğalı Birinci Dünya müharibəsi sonrasında Parisdə toplanan beynəlxalq sülh konfransında müzakirəyə çıxarıldı. ABŞ prezidenti Vudro Vilson bu təklifə əvvəl qətiyyətlə qarşı çıxdı, ancaq 25 mart hadisələrindən sonra daha yumşaq münasibət göstərdi. 7 mayda Birləşmiş Krallıq, ABŞ və Fransa Yunanıstan donanmasının İzmirə göndərilməsinə razılıq verdilər.Lord Kinross: Atatürk, ISBN 0-688-01084-9, Vilyam Morrou & Co, 1969, səhifə 154 İzmirin işğalı qansız başladı. Hətta İzmirin işğalının bir gün öncədən bilindiyindən Osmanlı ordusuna müqavimət göstərməmə əmri verilmişdi. Ordu yunanlara təslim oldu. İşğal günü yunan ordusunun ən amansız birlikləri olan Evzon əsgərləri şəhərdə zəfər paradı keçirdilər. Bu zəfər turu əsnasında türk zabitlərini sahil boyunca düzdülər. Əziz Nesin bu hadisəni daha sonra kitabında bu şəkildə təsvir etmişdir:

İzmirin işğalı türk əhalisi tərəfindən hiddətlə qarşılandı. Buradakı bir çox Osmanlı zabitləri istefa verərək, müqavimət üçün Anadolunun iç bölgələrinə keçdilər. Şəhərin mülki əhalisinin böyük bir qismi də Anadoluya olan bu köçə qoşuldu.Allies lost 300 in Smyrna fighting , New York Times, 21 may 1919 .

İzmir şəhəri ilə birlikdə Ayvalıq, iki məntəqə arasındakı sahil xətti, Çeşmə yarımadası və Belkahveyə qədər torpaqlar işğal edilmişdi. 23 aprel 1920-ci ildə, Ankarada TBMM-nin açılmasından sonra yunan ordusu İzmirdən hərəkətə keçərək, Sevr müqaviləsi ilə italyan bölgəsi olaraq qəbul edilən Manisa, Uşak, Dənizli, Balıkesir, Bursa şəhərlərini də işğal etmişdir. Buna görə Yunanıstan ilə arasında soyuqlaşma olan İtaliya isə bu işğaldan sonra İstiqlaliyyət müharibəsi boyunca Ankara Hökumətini dəstəkləmişdir.Stevart, Metyu. "İzmirdə Fəlakət" . 54. buraxılış, 2004. 27 fevral 2014-cü ildə alındı. (İngilis dilində)

Təşkilatlanma dövrü Parisdə toplanan beynəlxalq sülh konfransı o günlərdə açıqlanması gözlənilən türk sülh müqaviləsini 1919-cu il may ayında bilinməyən bir müddətə qədər ertələdi. 15 mayda Yunan qüvvələri Antanta dövlətlərinin qərarı ilə İzmiri işğal etdi. Milli fəlakət olaraq görülən bu hadisə Türkiyə miqyasında müdhiş bir milli çalxalantıya səbəb oldu. 23 mayda Fateh meydanında və Sultan Əhməd məscidində türk tarixinin o dövrə qədər ki ən böyük mitinqləri keçirildi. Müqavimət fikri İttihad və Tərəqqi yandaşlarının fikri olmaqdan çıxaraq bütün ölkəyə yayıldı.