Ksamil (, ) — Albaniya Respublikasında kiçik və məşhur turistik bir qəsəbədir. Yerləşməsi Albaniyanın cənubunda, Vlora vilayətində yerləşir və Saranda bələdiyyəsinə daxildir. Ksamil şəhəri, İon dənizinin sahilində, Saranda şəhərindən təxminən 15 km cənubda yerləşir. Yaxınlığında Butrint Milli Parkı və Ksamil adaları yerləşir. Ksamilə Sarandadan müntəzəm avtobus marşrutları fəaliyyət göstərir. Ən yaxın liman Sarandadadır, hava limanı isə Korfu adasındakı Ioannis Kapodistrias Beynəlxalq Hava Limanıdır. Tarixi Ksamil kəndi 1966-cı ildə rəsmi olaraq salınıb. O vaxtlar əsasən kənd təsərrüfatı ilə məşğul olan yerli əhali tərəfindən məskunlaşmışdır. 1990-cı illərdən sonra turizmin inkişafı ilə yanaşı şəhərsayağı formaya keçmişdir. İqtisadiyyat Qəsəbənin əsas gəlir mənbəyi turizm, balıqçılıq və zeytunçuluqdur. Yay aylarında bölgəyə minlərlə turist gəlir.
Ksamil, kristal təmiz suları və ağ qumlu çimərlikləri ilə məşhurdur. Yaxınlıqda yerləşən Ksamil adaları qayıqla asanlıqla əldə edilə bilər.
İstinadlar
Kateqoriya:Albaniya şəhərləri