Fərhadbəyovların evi — Şəki şəhərində yerləşən XIX əsrə aid tarixi-memarlıq abidəsi.
Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında Fərhadbəyovların evi XIX əsrdə Şəki şəhərində tikilib. Çiy kərpic və çay daşlarından tikilən evin sahibi Fərhad bəy olub.
Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Memarlıq xüsusiyyətləri İkimərtəbəli evin birinci mərtəbəsində tavanın hündürlüyü 2,2 metr, ikinci mərtəbədə isə 3,3 metrdir. Evin birinci mərtəbəsi hər birinin şüşəbənd-eyvana çıxışı olan üç otaqdan ibarətdir. Otaqların ikisində buxarı, taxça və rəflər var. Qapılar ikitaylıdır. İkinci mərtəbədə ayrıca iki otaq və bir-biri ilə əlaqəsi olan dörd otaq var. Pəncərəaltıların hündürlüyü 30 santimetrdir, tavandan 60-70 santimetr məsafədə bəzək əşyaları üçün taxçalar var. Evin ara hissəsində də eyvan var. Eyvana bəzəkli taxtalardan sütunlar qoyulub. Kiçik otaqların pəncərələrinin yarısı şəbəkəlidir. Binanın üstü kirəmitlə örtülüb.
Evin çiy kərpic və çay daşından inşa edilmiş divarlarının qalınlığı 90 santimetrdir. Hörgüdə yapışdırıcı maddə kimi əhəngdən istifadə onun divarların möhkəmliyini təmin etmişdir. Dördyamaclı damı örtmək üçün kirəmitdən istifadə olunmuşdur.
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:Şəkidəki binalar və tikililər