Azitromisin — bir sıra bakterial xəstəliklərin müalicəsində istifadə olunan antibakterial maddə.
Preparatın təsir spektrinə orta qulaq infeksiyaları, boğaz ağrısı, pnevmoniya, səyyah ishalı, zöhrəvi xəstəliklər və bəzi digər bağırsaq infeksiyaları daxildir. Digər dərmanlarla yanaşı, malyariya üçün də istifadə edilə bilər. Azitromisin ağızdan, venadaxili və ya göz damcısı şəklində təyin edilir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Antibiotiklər Kateqoriya:Dərmanlar Kateqoriya:Dərmanlar Kateqoriya:Ümumdünya Səhiyyə Təşkilatının əsas dərman vasitələri