Fərid Əsgərov — Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin rəisi (2025-ci ildən), general-mayor.
Karyera 2017-ci il dekabrında Azərbaycan Karate Federasiyasının birinci vitse-prezidenti seçilmişdir.
Fərid Əsgərov uzun müddət Prezidentin Təhlükəsizlik Xidmətində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2025-ci il tarixli müvafiq sərəncamları ilə Prezidentin Təhlükəsizlik Xidmətinin Peşə Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad edilərək Prezidentin Təhlükəsizlik Xidməti rəisinin ümumi məsələlər üzrə müavini təyin edilmişdir.
2025-ci ilin iyun ayında Fərid Əsgərov Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin rəisi təyin olunmuşdur. Eyni zamanda ona general-mayor ali hərbi rütbəsi verilmişdir.
Azərbaycan Karate Federasiyasının vitse-prezidentidir.
İstinadlar
Kateqoriya:Azərbaycan karateçiləri