Karst çoban iti ( və ya "kraševec") — Sloveniya mənşəli çoban iti növü.Brief Historical Summary, breed standard (DOC file) Kraševec Journal (ISSN C504–9644), 2009, vol. 18/19., pages 3–9 Bu irq, "Beynəlxalq Kinologiya Federasiyası" (FCI) tərəfindən tanınır.

Xüsusiyyətlər Orta ölçülü bir itdir və uzun, "dəmir bozu" rəngində tüklərə malikdir. Kəlləsi, üz hissəsindən bir qədər uzundur. Kəllənin uzunluğu 13–14 sm, üz hissəsinin uzunluğu isə 11–12 sm olmalıdır. Burun, göz qapaqları və dodaqlar qara rəngdədir. Gözlər badam formasında olub, ya şabalıdı, ya da tünd qəhvəyi rəngdədir. Qulaqları dik deyil, əksinə yastıdır və orta ölçüdədir. Boyun ətrafında uzun və qalın tüklər var. Quyruğu normal vəziyyətdədir, lakin ucunda yüngül bir əyilmə var. Erkək itlərin hündürlüyü 57–63 sm, dişilərin isə 54–60 sm arasındadır. Erkəklərin çəkisi 30–42 kq, dişilərin isə 25–37 kq arasında dəyişir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Çoban itləri