Yumurta düşməsi sindromu '76 (YDS '76) — Quşlarda, xüsusən toyuqlarda, ördəklərdə, qazlarda görülən xəstəlikdir. Bu xəstəlik, sağlam görünən yumurta qoyan quşlarda yumurta istehsalının və yumurta qabığının keyfiyyətinin ani olaraq düşməsi ilə xarakterizə olunur. Əvvəlcə bu xəstəlik sadəcə "yumurta düşməsi sindromu" olaraq adlandırılırdı, lakin hazırda, ördəklərdə flavirusun səbəb olduğu və "duck egg drop sindromu" adlandırılan yeni xəstəliklə qarışıqlığı nəzərə alaraq, adı, "Yumurta Düşməsi Sindromu '76" olaraq istifadəsi qərarlaşdırılmışdır.

Tarix İlk dəfə 1974-cü ildə Hollandiyada aşkar edilmişdir və virus 1976-cı ildə Şimali İrlandiyada izolyasiya edilmişdir. Sonradan, bu xəstəlik İrlandiya, Hollandiya, Fransa və Böyük Britaniya kimi Avropa ölkələrində problemə çevrilmişdir. Hindistan, Banqladeş, Cənubi Amerika, İndoneziya, Yaponiya və Afrika kimi bölgələrdə də epidemiyalar baş vermişdir. O vaxtdan bəri, Yumurta Düşməsi Sindromu '76 dünyada quşçuluq və yumurta istehsalı şirkətləri üçün qlobal bir təhdid olaraq tanınır.

İstinadlar

Kateqoriya:Sindromlar Kateqoriya:Heyvanların virus xəstəlikləri